Fərhad Abdullayev: Konstitusion şərh hüquqi müəyyənliyin əsas təminat mexanizmidir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 fevral, N.Həsənova, S.Əlizadə, foto Azər İbrahimov, AZƏRTAC
Konstitusion şərh hüquqi müəyyənliyin və qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.
Onun sözlərinə görə, Konstitusiya dövlət hakimiyyətinin sərhədlərini müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat verir və ictimai münasibətlərin tənzimlənməsinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan Konstitusiyada təsbit edilmiş təməl prinsiplərin düzgün anlaşılması və tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Fərhad Abdullayev vurğulayıb ki, qanunvericilik normaları mücərrəd xarakter daşıdığından onların tətbiqində şərh qaçılmazdır və məhkəmələr hüquq normalarını təfsir edərkən normanın məqsədini, hüquqi təyinatını və Konstitusion prinsiplərlə uzlaşmasını əsas götürməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 Fevral 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















