Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
“Rusiyanın üzməyə uyğun dənizləri çox azdır. Amma rusların 90%-i üzməyi, həm də yaxşı üzməyi bacarır. Valideynlər uşaqları 6-7 yaşlarında üzgüçüyə yollayır, üzgüçülük hovuzları da dövlətin mülkiyyətindədir və olduqca ucuzdur”.
“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev "Facebook" hesabında yazıb.
O qeyd edib: “Əhalinin azı yarısının cəmləşdiyi Xəzər sahillərində dövlət mülkiyyətində olan sosial mahiyyətdə üzgüçülük hovuzları yox kimidir, bildiklərim də çox baxımsızdır. Düzgün üzməyi bacarmırıq deyə, hər il onlarca insan suda boğulur, ailələr faciə ilə üzləşir. pizza sifarişi
Özüm məktəbdə oxuyanda "Semaşko"nun altında yerləşən üstü açıq bir hovuza gedirdim. Pulsuz deyiləcək qədər ucuz idi. Sonra oranın ərazisi Beynəlxalq Təhsil Kompleksinə verildi və Bakı sakinləri öz övladlarını yay aylarında üzgüçülük kursuna göndərə bilmədilər”.
Vəkil bildirib ki, hazırda pullu üzgüçülük kursuna getmək də hər valideynin büdcəsinə uyğun gəlmir:
“Varlı ya da kasıb olun, boğazınızdan kəsib uşaqlarınızı üzgüçülük kursuna göndərin, oğlanlı-qızlı. Düzdür, bu onları bədbəxt hadisələrdən dəqiq sığortalamayacaq, amma üzməyi bacarmaq hər bir vətəndaş üçün zəruri bacarıqlardan birisidir.
Quruda və dənizdə, Allah övladlarınızı qorusun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 İyul 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















