Fərhaf Vəliyev: Bu da onun millinin heyətində meydana çıxmaq şansını azaldır
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Uzun müddət sonra Səlahət Ağayev milliyə dəvət alıb. O, "Qəbələ"də daimi əsas heyət üzvüdür". Bu sözləri Sport24.az-a açıqlamasında Fərhad Vəliyev deyib.
Azərbaycan millisinin sabiq qolkiperi, hazırda isə "Zirə"nin qapıçılar üzrə məşqçisi millimizin İslandiya və Fransa ilə oyunda şanslarını dəyərləndirib:
"Aydın Bayramov Misli Premyer Liqasının 9 və 10-cu turlarında "Zirə"nin qapısını qorudu. Bu baxımdan Səlahət və Aydın oyunlara hazırdır. Rza Cəfərov isə "Neftçi"də şans qazanmır. Çempionatın heç bir oyununda forma geyinmək şansı qazanmayıb ki, bu da onun millinin heyətində meydana çıxmaq şansını azaldır. Qarşıdakı oyunlara gəlincə, komandamızı çox çətin iki sınaq gözləyir. İslandiya ilə matçda millinin ən azı heç-heçə edəcəyini gözləyirəm. Fransa ilə görüşdə isə şansımız demək olar ki, yoxdu.
Qeyd edək ki, millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 12 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















