Icma.az
close
up
RU
Fərhan Quliyev: “Azərbaycan hava hərəkətinin idarə edilməsi strategiyasını yeniləyir”

Fərhan Quliyev: “Azərbaycan hava hərəkətinin idarə edilməsi strategiyasını yeniləyir”

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Heydər Əliyev Beynəlxalq Hava Limanı üçün 2045-ci ilə qədər planlaşdırma üfüqü olacaq kompleks Baş Plan hazırlanır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Azerbaijan Airlines" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərhan Quliyev "Global Airspace Radar" nəşrinə müsahibəsində bildirib.

F.Quliyev qeyd edib ki, bununla paralel olaraq Azərbaycanın yeni Milli Hava Məkanı Strategiyasının (NAS) həyata keçirilməsi üzərində iş aparılır: "Strategiya Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və ölkənin aeronaviqasiya sisteminin müasirləşdirilməsində əsas mərhələ olacaq".

AZANS-ın direktoru vurğulayıb ki, sənəd dörd əsas istiqamətdə milli prioritetləri nəzərə alacaq:

"Birincisi, hava məkanı strukturunun - səmərəliliyin və buraxılış qabiliyyətinin artırılması üçün - optimallaşdırılması nəzərdə tutulur. Bura hava məkanının təkmilləşdirilmiş sektorlaşdırılması, birbaşa marşrutlaşdırma və "Free Route Airspace" (sərbəst marşrut hava məkanı) konsepsiyasının tətbiqi daxildir.

İkincisi, hava hərəkətinin idarə edilməsi (ATM) sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur. Bura müasir rəqəmsal həllərin tətbiqi ilə: AIS2AIM, ATFM-platformaları, eyni zamanda ADS-B kosmik müşahidə sistemlərindən istifadəyə hazırlıq daxildir".

F. Quliyevin sözlərinə görə, üçüncü istiqamət dayanıqlı inkişaf prinsiplərinin inteqrasiyasını nəzərdə tutur: "Bu, CO2 emissiyalarının azaldılması üçün uçuş trayektoriyalarının optimallaşdırılması, PBN-in (xüsusiyyətlərə əsaslanan naviqasiya) tətbiqinin genişləndirilməsi və buraxılış qabiliyyətinin artırılması zamanı ekoloji uyğunluğun təmin edilməsi vasitəsilə həyata keçirilə bilər.

Nəhayət, dördüncü istiqamət çərçivəsində idarələrarası və regional əməkdaşlığın gücləndirilməsi gözlənilir, o cümlədən mülki və hərbi strukturlar arasında koordinasiya, normativ bazanın uyğunlaşdırılıması və texniki tərəfdaşlığın genişləndirilməsi gözlənilir".

O vurğulayıb ki, infrastruktur layihələr artıq aktiv icra mərhələsindədir: "Xüsusilə, NAS-ın flaqman layihəsi Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının inşası üçün aeronaviqasiya infrastrukturunun və hava məkanının yaradılmasını nəzərdə tutur".

F.Quliyevin sözlərinə görə, bu hab təkcə Azərbaycanın logistik imkanlarını gücləndirməyəcək, həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və "Silk Way Group" ilə əməkdaşlıq çərçivəsində hazırlanan ölkədə ilk sertifikatlaşdırılmış "yaşıl hava limanı" olacaq.

AZANS HHİ-nin direktoru bildirib ki, yeni hava limanı aviasiya sənayesinin aparıcı istehsalçılarının qabaqcıl CNS/ATM sistemləri ilə təchiz ediləcək və onun əsasında ilkin olaraq ekoloji cəhətdən səmərəli və davamlı əməliyyat həlləri prinsipləri qoyulub: "Bu baxımdan AZANS aviasiya sənayesində ətraf mühitə təsirin azaldılmasına yönəlmiş "CANSO GreenATM" proqramına qoşulub".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 May 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see274

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see267

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see202

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see195

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see180

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see168

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see154

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see146

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see140

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see139

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see134

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see134

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see131

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see130

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see130

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see128

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see127

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri