Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat ləğv edilib.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov qərar imzalayıb.
Qərara əsasən, Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat” ləğv edilib.
Qeyd olunub ki, bu qərar Məhkəmə-Hüquq Şurası tərəfindən eyni münasibətləri tənzimləyən normativ xarakterli akt qəbul edildikdən sonra qüvvəyə minir.
Qərar aidiyyəti ədliyyə orqanlarına və məhkəmələrə göndərilib.
Xatırladaq ki, sözügedən təlimat 2011-ci ilin noyabrın 29-da ozamankı ədliyyə naziri Fikrət Məmmədovun qərarı ilə təsdiq edilmişdi.
Baxış sayı:85
Bu xəbər 04 Mart 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















