Fərid Əhmədov Pakistanın hüquq və ədliyyə naziri ilə görüşüb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Ədliyyə naziri Fərid Əhmədov 29 may tarixində Özbəkistana səfəri çərçivəsində Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüş keçirib.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, hüquqi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan və Pakistan dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri bu münasibətlərin daha da möhkəmlənməsi və genişlənməsində əhəmiyyətli rol oynayır.
Fərid Əhmədov qeyd edib ki, 27-28 may tarixlərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri, eyni zamanda işğaldan azad edilmiş Laçında Azərbaycan-Türkiyə-Pakistan ikinci Zirvə görüşündə iştirakı münasibətlərimizin nə dərəcə möhkəm olmasının bariz nümunəsidir.
Nazir ötən il imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun hüquqi sahədə əməkdaşlığın daha da genişlənməsində yeni perspektivlər açdığını vurğulayıb.
Görüşdə hüquqi əməkdaşlığın gələcək istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
Azam Nazir Tarar Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək məqsədilə yaxın aylarda ölkəmizə səfər etmək niyyətində olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 30 May 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















