Icma.az
close
up
RU
Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ədliyyə naziri Fərid Əhmədov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

F.Əhmədov öz çıxışında müsabiqə qaliblərini təbrik edərək onlara gələcək karyeralarında uğurlar arzulayıb. Qeyd edib ki, "Yüksəliş" müsabiqəsi dövlət idarəçiliyində istedadlı və peşəkar kadrların aşkarlanması baxımından mühüm rol oynayır. Görüşdə qaliblərin qazandığı bilik ilə bacarıqların ölkənin davamlı inkışafı üçün vacib amil olduğu vurğulanıb və qarşıda duran vəzifələr müzakirə olunub.

Qaliblər də öz növbələrində müsabiqə haqqında təəssüratlarını bölüşüb, onlara yaradılan imkanlara görə minnətdarlıqlarını ifadə ediblər. Onlar müsabiqənin həm peşəkar, həm də şəxsi inkişaf baxımından yeni perspektivlər açdığını dilə gətiriblər.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müsabiqə qalibləri bir sıra vacib mövzularda öz təkliflərini irəli sürüblər.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Prezident İlham Əliyev sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı ötən il dekabrın 18-də müvafiq sərəncam imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://report.az
archiveBu xəbər 21 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri