Icma.az
close
up
RU
Fərid Namazov: Cəmi iki epizodda diqqətsizlik etmək yaxşı deyil

Fərid Namazov: Cəmi iki epizodda diqqətsizlik etmək yaxşı deyil

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Matçın gərgin keçəcəyini bilirdik. "Qarabağ"ın bu mövsüm avrokubokların əsas mərhələsindən kənarda qalmasından sonra bütün oyunlara tam heyətlə çıxırdılar. Əvvəllər avrokuboklarda oynayanda, həftəiçi rotasiyalara gedirdilər. Biz də ona uyğun hazırlaşmışdıq. Təxminlərimiz var idi ki, hansı oyunçular oynayacaqdı. Biz də ciddi hazırlaşmışdıq. Birinci hissədə daha yaxşı müdafiə olunub, əks-hücumda rəqibi tutmaq istəyirdik. Bir neçə epizodumuz oldu. Topa sahib olaraq, daha əmin oynamaq istəyirdik. İkinci hissə "Qarabağ"ın üstünlüyü ilə keçdi. Rəqibə boş zona verməmək istəyirdik. Ani diqqətsizlikdən qol buraxdıq. Ondan sonra da qol epizodlarımız var idi. Sonuncu epizoda gəldikdə, qoldan öncə epizod korner idi. Epizoda baxdıq, top "Qarabağ"ın futbolçusuna dəyərək kornerə çıxmışdı. Futbolçularım pis oynamadı, onlara təşəkkür edirəm. Bu şəkildə konsentrasiya ilə oynayıb, cəmi iki epizodda diqqətsizlik etmək yaxşı deyil. Amma ümumi götürəndə, uşaqlardan razıyam. Pis oyun keçirmədik. Növbəti həftə oynayacağımız "Turan Tovuz" matçına daha yaxşı hazırlaşaq".

Sportal.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 7-ci turunun "Qarabağ"la(0:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında "İmişli"nin baş məşqçisi Fərid Namazov deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Görüşün sonlarına yaxın Bəxtiyar Həsənalızadənin aqressiv davranışları var idi. Bu emosionallıq nə ilə bağlı idi?

- Bəxtiyar təbiətən çox sakit və təmkinli insandır, onu istər məşqdə, istərsə də həyatda əsəbi görə bilməzsiniz. Sadəcə, görüşün son dəqiqələrində rəqibin güclü təzyiqi və 0:1 geridə olduğumuz anlarda hesabı bərabərləşdirmək istəyi futbolçuda belə emosional vəziyyətə salır. Bəxtiyar sakit insandır. Kiçik detallar belə bəzən oyunçunu gərginləşdirə bilir. Futbol emosiyalar oyunudur, ona görə də bu halı normal qarşılayıram. Əlbəttə ki, lazımsız vərəqələrin almağın tərəfdarı deyilik. Özləri ilə də bu barədə söhbət aparılır. Bunları normal qarşılayıram.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://sportal.az
archiveBu xəbər 11 Oktyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri