Fərid Qayıbov ADNSU nun Azərbaycan dilli ilk MBA tələbələri ilə görüşdü FOTO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azərbaycan dilində MBA proqramı çərçivəsində dinləyici-tələbələr üçün xüsusi dərs günü təşkil olunub.
Bizim.Media xəbər verir ki, tədbirin qonaq spikeri Gənclər və İdman naziri Fərid Qayıbov olub.
Qonaq mühazirəsi zamanı nazir, liderlik, komanda işi və gənclərin cəmiyyətdə fəal vətəndaş mövqeyinin əhəmiyyəti kimi mövzulara toxunub.
Fərid Qayıbov idarəçilik və idman sahəsindəki zəngin təcrübəsini tələbələrlə bölüşüb, peşəkar inkişafla bağlı real nümunələr və dəyərli tövsiyələr təqdim edib.
Görüş interaktiv formatda keçib. Tələbələr nazirə suallar ünvanlayaraq şəxsi maraq və peşə yönümlü məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanıblar.





Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















