Fərid Qayıbov: Böyük velosiped yarışı Azərbaycana qayıdıb
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük velosiped yarışı Azərbaycana qayıdıb. Sport24.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
O, bu gün başa çatan "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı ilə bağlı fikirlərini bölüşüb:
"Bu, bizim üçün çox xoş haldır. Paytaxtımızda çox sayda irimiqyaslı yarışlar keçirilir. Çünki Bakı dünyanın idman paytaxtı seçilib. Cüdo və sumo üzrə dünya çempionatı, voleybol üzrə Avropa çempionatının oyunları və digər növlərdə də beynəlxalq turnirlər, Dünya Kubokları baş tutacaq. Daha əvvəl də Azərbaycanda beynəlxalq velosiped yarışları təşkil edilib. Yenidən ölkəmizə qayıtdı. Doğma Qarabağımızda olması da sevindirici haldır. Xüsusi hisslərdir. Yerli və gənc idmançılarımız da qatılıblar. İnanıram ki, növbəti mərhələlərdə onlar da öz sözlərini deyəcəklər. Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkür edirəm. Bu cür yarışları təşkil etmək asan deyil. Hava şəraitini də nəzərə almaq lazımdır".
F. Qayıbov federasiyanın təşkilatçılıq baxımından böyük işlər gördüyünü vurğulayıb:
"Marşrut 20-dən çox rayonu əhatə etdi. Böyük məsafə var idi. Bu təşkilatçılğın arxasında böyük iş dayanır. Ölkə başçısının Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə xüsusi tapşırıqları var. Müxtəlif rayonlarda, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq turnirlər keçirilir. Həm idman azarkeşlərini, həm də Xankəndi sakinlərini təbrik edirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 14 May 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















