Fərid Qayıbov: Dünya çempionatı kimi böyük turnirin Azərbaycanda keçirilməsi gözəl addımdır
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Dünya çempionatı kimi böyük turnirin Azərbaycanda keçirilməsi gözəl addımdır".
Oxu.Az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı barədə danışarkən deyib.
Azərbaycan millisinin çempionatın qalibi olmasına münasibət bildirən nazir bunun doğma azarkeşlərin möhtəşəm dəstəyi ilə reallaşdığını söyləyib:
"Minifutbol millimiz bunadək Avropa çempionu olub, dünya çempionatında dördüncü yeri tutmuşdu. Bu idman növü ölkəmizdə yüksək səviyyədə inkişaf edir. Burada dövlətin dəstəyi mühüm yer tutur. Bildiyiniz kimi, idman ölkəmizdə dövlət siyasəti kimi müəyyənləşdirilib. Bunun nəticəsində Azərbaycanda irimiqyaslı yarışlar keçirilir, yeni qələbələr olur və idmanımız inkişaf edir".
Qeyd edək ki, Azərbaycan seçməsi finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə dünya çempionu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 01 İyun 2025 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















