Icma.az
close
up
RU
Fərid Qayıbov: “İdmançılarımızı qazandıqları medallar münasibətilə təbrik edirəm”

Fərid Qayıbov: “İdmançılarımızı qazandıqları medallar münasibətilə təbrik edirəm”

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ölkə başçısının 1997-ci ildə imzaladığı Sərəncamla hər il 2 fevral Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Məhz həmin gün, düz 30 il bundan öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə gənclərin ilk forumu təşkil edilmişdi. Bu il isə biz artıq XI Forumu keçirdik və tədbirdə hər il olduğu kimi ölkə başçımızın xüsusi mükafatını gənclərimizə təqdim etdik, onlara ünvanladığı müraciətini oxuduq. “Gənclər həftəsi” çərçivəsində builki “Gənclər Paytaxtı”mız Goranboyda, eləcə də Xankəndi və Naxçıvan şəhərlərində “GəncFest” festivalları, müxtəlif forum və tədbirlər təşkil olundu. “Gənclər Paytaxtı”nın rəmzi açarını isə Sumqayıt şəhərindən təhvil alaraq Goranboya təqdim etdik. Gənclər Təşkilatları işçi qruplarının 2026-cı il üzrə ilk iclasını da “Gənclər Paytaxtı”nda keçirdik. Ümumiyyətlə, “Gənclər həftəsi” Bakıda və bölgələrdə müxtəlif forumlar, düşərgələr, intellektual yarışlar və digər tədbirlərlə zəngin oldu”.

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov fevral ayını dəyərləndirərkən deyib.

O, sayca 54-cü “Nazirin Nöqteyi-Nəzəri”ndə Naxçıvana səfəri barədə də danışıb.

Səfər çərçivəsində vətəndaş qəbulu keçirdik, muxtar respublika gəncləri ilə “Gənclər və Davamlı İnkişaf Forumu”nda görüşdük. Forumda onları maraqlandıran məsələlərlə bağlı fikirlərini dinlədik, ixtisas və peşə seçimi, könüllülük fəaliyyəti və gənclərin müxtəlif layihələrdə iştirakı kimi mövzular ətrafında geniş fikir mübadiləsi apardıq. Həmçinin ölkə başçısının müvafiq Sərəncamına əsasən, əhalinin sağlam həyat tərzinin regionlarda təşviqi məqsədilə həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Babək, Culfa və Şahbuz şəhərlərində yaradılmış yeni idman meydançalarını istifadəyə verdik”.

Nazir vurğulayıb ki, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində gənclərlə görüş keçirdib: “Universitetlərdə keçirdiyimiz ənənəvi görüşlərdə əsas məqsəd gəncləri dinləmək, onlarla müzakirələr aparmaq, gənclər siyasətinin istiqamətləri və dövlət proqramları barədə məlumat vermək, suallarını cavablandırmaqdır”.

F.Qayıbov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belqrada rəsmi səfəri çərçivəsində Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi gənclər və idman sahələri üçün də əlamətdar idi: “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu”nu serbiyalı həmkarım Zoran Qayiç ilə mübadilə etdik”.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq çərçivəsində Fələstin dövlətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Əhməd Metani ilə də görüşü baş tutub: “Görüş zamanı Azərbaycanla Fələstin arasında gənclər və idman sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etdik.

Fevral ayı Azərbaycan Gimnastika Federasiyası üçün də mühüm hadisə ilə yadda qalıb. Federasiyanın 16-cı Ümumi Yığıncağında keçirilən səsvermə nəticəsində Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti seçilib. Mehriban xanımın rəhbərliyi və qayğısı sayəsində ölkəmizdə gimnastikanın dinamik inkişafı təmin edilib, gimnastlarımız beynəlxalq arenalarda tarixi uğurlara imza atırlar”.

F.Qayıbov Bakıda artıq ənənəvi olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib: “İdmançılarımızı qazandıqları medallar münasibətilə təbrik edirəm. Azərbaycan Badminton Federasiyası da daimi olaraq ölkəmizdə badminton idman növünün populyarlaşması üçün müxtəlif yarışlar keçirir. Bu dəfə "Azerbaijan International 2026" beynəlxalq turniri uğurla baş tutdu. Həmçinin ay ərzində şahmat, basketbol, yunan-Roma və sərbəst güləş, eləcə də digər idman növləri üzrə keçirilən yarışlarda rəqabətin ildən-ilə artdığının şahidi olduq”.

O, Avstriyanın “Complex Core” təşkilatının rəhbəri, Akademiyanın “Fizioterapiya” proqramının məsul şəxsi Roman Yahodanın “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi barədə fikirlərini bildirib: “İdmanın inkişafı üçün vacib olan amillərdən biri də şübhəsiz ki, idmanda reabilitasiyanın uğurlu aparılmasıdır. Bu baxımdan Azərbaycan İdman Akademiyasının nəşrə hazırladığı kitabın faydalı olacağına inanıram.

Son illər ölkəmizi layiqincə təmsil edən “Qarabağ” futbol komandası UEFA Çempionlar Liqasında bu mövsüm üçün iştirakını başa vurdu. Bir çox adlı-sanlı və çox büdcəli klubları geridə qoyaraq qitənin 24 ən güclü klubu arasına yüksəlmək komandamızda düzgün qurulmuş strategiyanın bəhrəsidir. İl ərzində futbol azarkeşlərinə, xalqımıza yaşatdığı qələbə sevincinə görə komandaya təşəkkür edirəm.

Qarşıda bizi təbiətin oyandığı bahar nəfəsli mart ayı gözləyir. İnanıram ki, bu oyanış gənclərimiz üçün yeni enerji mənbəyi olacaq, yeni fəsilə “İdman həftəsi” ilə başlayan idmançılarımız isə növbəti qələbələri ilə hər birimizi sevindirəcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Mart 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri