Icma.az
close
up
RU
Fərid Qayıbov: “İl ərzində həm gənclər, həm də idman sahəsində yetərincə uğurlarımız oldu”

Fərid Qayıbov: “İl ərzində həm gənclər, həm də idman sahəsində yetərincə uğurlarımız oldu”

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Zəfər tariximizə qələbə ayı olaraq yazılmış noyabr gənclərimizin və idmançılarımızın növbəti uğurları ilə yadda qaldı. Bir sıra uğurlu layihələrin fonunda beynəlxalq yarışlarda qazanılan qələbələr də yetərincə oldu. Sayca 5-ci dəfə keçirdiyimiz “Qələbə qaçışı” bu dəfə də kütləvilik baxımından fərqləndi. Zəfərimizin 5 illiyini idman ictimaiyyətimiz müxtəlif və maraqlı tədbirlərlə #birkimibirlikdə qeyd etdi”.

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov noyabr ayını dəyərləndirərkən deyib.

O, sayca 51-ci “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, beynəlxalq fəaliyyət və görüşlər ötən ay da davam edib: “Busan şəhərində İdmanda Dopinqə dair Dünya Konfransında iştirak etdik. Praqaya səfər çərçivəsində Çex Respublikası Milli İdman Agentliyinin sədri Ondrej Şebeklə görüşümüz oldu. Eləcə də Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası çərçivəsində baş katib Kayrat Sarıbay ilə ölkəmizin gənclər siyasəti və əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə etdik”.

Nazir vurğulayıb ki, Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmin Bakıya səfəri çox xoş və əlamətdar olub: “Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun qəbulunda olan qonaqla bu idman növünün inkişaf perspektivləri müzakirə edildi. Səfər çərçivəsində ilk dəfə olaraq Dünya Kubokunun Azərbaycanda təşkili barədə saziş də imzalandı”.

Regional idarələrimizin fəaliyyətinin optimallaşdırılması daimi olaraq diqqət mərkəzimizdə olduğunu qeyd edən nazir Bakı Şəhər Gənclər və İdman İdarəsi və Regional Gənclər və İdman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı keçirilən müşavirədə onların fəaliyyətinin səmərəliliyinin artırılması, gənclər və idman sahələrində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində geniş müzakirələr aparıldığını bildirib.

Qayıbov qeyd edib ki, VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 20 idman növü üzrə 169 idmançı ilə təmsil olunub və komandamız 9 qızıl, 19 gümüş və 31 bürünc olmaqla ümumilikdə 59 medal qazanıb: “Əyara görə 10-cu, medal sayına görə 4-cü olan idmançılarımızı təbrik edir və daha böyük nailiyyətlər arzulayıram. Oyunların keçirildiyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Krallığın idman naziri şahzadə Əbdüləziz bin Turki Əl Feysəl Əl Səud ilə görüş keçirərək iki ölkənin gənclər sahəsində əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün İcra Proqramını imzaladıq. Səfər zamanı Zəfər Günü və Dövlət Bayrağı Gününü Ər-Riyaddakı səfirliyimizdə həmvətənlərimizlə birlikdə qeyd etdik. Həmçinin atletlər kəndinə baş çəkərək idmançılarımızla görüşdük, onların yaşayış və məşq şəraiti ilə yerində tanış olduq”.

Nazir regionlarımızda nüfuzlu beynəlxalq yarışların təşkilinin artıq yeni ənənəyə çevrildiyini yazıb: “III MDB Oyunlarının ardınca Gəncə şəhəri bu dəfə aerobika gimnastikası üzrə həm yeniyetmələr, həm də böyüklər arasında Avropa çempionatına ev sahibliyi etdi. Paytaxtdan uzaqda keçirilsə də, yarış zamanı dolu olan tribunalarda Avropanın müxtəlif ölkələrindən gələn çox sayda idman azarkeşini görmək xoş idi”.

Dördüncü dəfə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə start verildiyini qeyd edən nazir dövlət qurumları arasında ilk dəfə 2022-ci ildə başlayan turnirə marağın ilbəil artdığını vurğulayıb: “Bu dəfə 45 dövlət qurumunun iştirakı ilə start götürən turnir gələn il mayın 8-dək davam edəcək. Yarışda fəal iştirak edən bütün dövlət qurumlarına təşəkkür edir və hər birinə uğurlar arzulayıram”.

Qayıbovun sözlərinə görə, ənənə halını almış İdman Festivalı layihəsi bu il “İdman Paytaxtı” Qəbələdə, həmçinin Şəkidə keçirilib: “İnanıram ki, festival gənc idmançılar üçün unudulmaz anlarla yadda qaldı. Tonqal ətrafında onlarla görüşümüz də maraqlı ənənəyə çevrilib. Gənclərin sağlam həyat tərzinə təşviq edilməsi üçün görülən işlər təkcə paytaxtda deyil, bölgələrdə də effektivliyini göstərir. Mingəçevirdə “Velo-Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin icrası zamanı gənclərimizin fəallığına bir daha əmin olduq”.

“İdman federasiyalarının nümayəndələri ilə sayca 23-cü görüşümüz “İdman Paytaxtı”mız Qəbələdə baş tutdu”, - deyə qeyd edən nazir tədbirdə son fəaliyyətlərin birgə müzakirə edildiyini və qarşıdakı hədəflərlə bağlı fikir mübadiləsi aparıldığını vurğulayıb: “Ənənə üzrə iki aydan bir keçirdiyimiz görüşlərdə qoyulan məsələlərin müzakirəsi zamanı göstərdikləri fəallığa görə federasiya nümayəndələrinə təşəkkür edirəm. Ənənə üzrə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla da görüşdük, fikirlərini dinlədik. Növbəti vətəndaş qəbulumuz isə Gəncə şəhərində oldu. Qəbul çərçivəsində Samux, Kəlbəcər rayonları və Gəncə şəhər sakinləri ilə görüşdük”.

Qayıbov gənclər sahəsində də bir sıra mühüm layihələrin reallaşdığını bildirib: “Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası və yekun sənədin qəbulu, eləcə də Azərbaycan - Özbəkistan Gənclər Forumu, həmçinin gənclər mübadiləsi proqramı beynəlxalq və ikitərəfli əməkdaşlıq müstəvisində növbəti uğurlu addımlar oldu. 50 ölkədən 3000-dən çox gənc sahibkarın iştirak etdiyi Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) da gənclərimizin beynəlxalq əməkdaşlıq imkanları baxımından faydalı oldu”.

O, noyabr ayında gənclərimizin Türkiyə, Qazaxıstan, Özbəkistan, Fransa, Misir və digər ölkələrdə Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayıb: “Astanada MDB tədbirlərində bir neçə nominasiyada qalib gəlməklə yanaşı, Antalyada təşkil olunan “Game of Food Gastroantalya” yarışında əsas kuboka sahib olan gənclərimiz Vətənə uğurla qayıdıblar. Bütün gənclərimizi qazandıqları nailiyyətlər münasibətilə təbrik edirəm”.

Noyabr ayında ölkəmizin müxtəlif bölgələrində düşərgələrin keçirildiyini və gənclərin fəal iştirakı ilə bu layihələrin artıq davamlı bir ənənəyə çevrildiyini bildirən nazir, Quba Olimpiya İdman Kompleksində “Zəfər 5 il” könüllülər düşərgəsi, “Hüquq liderliyi” düşərgəsi, Şəki Olimpiya İdman Kompleksində “Şanlı Zəfər” düşərgəsi və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində 25-ci “#Poliqon” hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunduğunu qeyd edib: “Gənclər arasında keçirilən "GİNius 86.600" və "GİNius” Tələbə-Gənclər kuboku üzrə intellektual oyunları böyük maraqla qarşılandı və gərgin rəqabətlə müşayiət olundu”.

Son olaraq Qayıbov bildirib ki, qələbələrlə zəngin daha bir ili başa vururuq: “Fikrimcə, il ərzində həm gənclər, həm də idman sahəsində yetərincə uğurlarımız oldu. Bu uğurlar gənclərimiz, idmançılarımız, idman ictimaiyyəti, gənclər təşkilatları, federasiyalar – əməkdaşlıq etdiyimiz hər kəsin #birkimibirlikdə fəaliyyəti nəticəsində mümkün oldu. İnanıram ki, bu birliklə bizi qarşıda böyük uğurlar gözləyir”.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see159

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri