Fərid Qayıbov: Məşqçi idmançı münasibətləri sağlam şəkildə qurulmalıdır
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 mart, AZƏRTAC
Forumda kifayət qədər tanınmış mütəxəssislərin iştirak etməsi sevindiricidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda ilk dəfə keçirilən Məşqçilər Forumunun açılış mərasimində deyib.
Nazir forumun ölkə məşqçiləri üçün olduqca vacib olduğunu bildirib: “Mütəxəssislərimizin işi həqiqətən çox məsuliyyətli və çətindir. Onlar yalnız çətinliklərlə deyil, eyni zamanda müxtəlif insani amillərlə də qarşılaşırlar. Bütün bunlar isə böyük enerji və səbir tələb edir. Bu, doğrudan da asan olmayan bir sahədir. Mən bir daha hər birinizə bu məsuliyyətli və zəhmətli işə görə təşəkkür edirəm”.
F.Qayıbov müasir dövrdə tələblərin dəyişdiyini və bəzi sahələrdə müəyyən geriləmələrin müşahidə olunduğunu söyləyib: “Buna görə də idmançı ilə məşqçi arasında münasibətlər bu günün şərtlərinə uyğun, daha sağlam şəkildə qurulmalıdır. Bununla yanaşı, diqqət yetirilməli olan digər məsələlərə də bu forumda toxunulacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 02 Mart 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















