Fərid Qayıbov UNESCO da COP10 Bürosunun ilk rəsmi iclasına sədrlik edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 26 mart, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə UNESCO-nun Mənzil Qərargahında İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun birinci rəsmi iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Gənclər Və İdman Nazirliyindən məlumat verilib.
İclasda UNESCO-nun Baş direktorunun müavini (ADG) Lidiya Brito, müxtəlif coğrafi regionları təmsil edən üzvlər, UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklər, beynəlxalq təşkilatların nümayəndələri və antidopinq sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər. Həmçinin ilk dəfə olaraq müşahidəçi dövlətlər də iclasa qatılıblar.
Gündəlikdə COP10-da qəbul edilən qərarların icrası, Büronun növbəti iki il (2026–2027-ci illər) üzrə fəaliyyət planı, qlobal yazılı məsləhətləşmələrin nəticələri və digər mühüm məsələlər müzakirə olunub.
Büronun ilk rəsmi iclasından əvvəl gənclər və idman naziri Fərid Qayıbov “İdmanda dopinqin kökünün kəsilməsi fondunun” Təsdiq Komitəsinin ikinci rəsmi iclasında Büronu təmsil edib.
Qeyd edək ki, Fərid Qayıbov həmçinin Büroda təmsil etdiyi II Qrupun (Mərkəzi və Şərqi Avropa) nümayəndələri ilə görüş keçirib. Görüş zamanı COP10 Bürosunun fəaliyyəti və iclasda təqdim olunacaq təkliflər barədə məlumat verilib, bu istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Həmçinin səfər çərçivəsində nazirin Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev ilə ikitərəfli görüşü baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 26 Mart 2026 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















