Fərid Qayıbov WAKO nun prezidenti ilə görüşüb FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Gənclər və idman naziri Fərid Qayıbov Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beykeri qəbul edib.
İdman.biz xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində qazanılan uğurlar barədə məlumat verib.
Görüş zamanı Azərbaycanda kikboksinq idman növünün inkişafı istiqamətində görülən işlər, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası ilə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.
Görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, WAKO Avropa vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Səlim Kayıçı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev və digər şəxslər də iştirak ediblər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Mart 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















