Fərid Qayıbov xaricdə yaşayan Azərbaycan əsilli idmançılarla görüşüb FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Avqustun 5-də gənclər və idman naziri Fərid Qayıbov xaricdə yaşayan Azərbaycan əsilli idmançılarla görüşlər keçirib.
İdman.biz xəbər verir ki, Tokio və Parisdə Yay Olimpiya Oyunlarının gümüş medallarını qazanmış güləşçi, hazırda Ukraynanı təmsil edən Pərviz Nəsibov görüş zamanı gələcək karyerası barədə məlumat verib.
ABŞ-da peşəkar boksla məşğul olmuş Rüfət Bakı (İsrafilbəyov) Vətəndən uzaqda yaşamasına və döyüşməsinə baxmayaraq, Azərbaycan bayrağını uca tutub və özünə Bakı ləqəbini seçib. Qeyd edək ki, Rüfət Bakı karyerası boyunca keçirdiyi 24 döyüşün 22-də qalib gəlib.
Nazir Fərid Qayıbov hər iki idmançının beynəlxalq arenalarda qazandıqları uğurları yüksək dəyərləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 05 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















