Fərid Qayıbov yeni şöbə müdiri təyin etdi
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.
Modern.az-ın məlumatına görə, bununla bağlı Gənclər və İdman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
O, 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.
Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Gənclər siyasəti və gənclərlə iş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.
O, gənclərin inkişafı, milli-mənəvi dəyərlərin təbliği, gənclərin ictimai iştirakçılığı və beynəlxalq əməkdaşlıq sahələrində bir sıra milli və beynəlxalq təşəbbüslərin təşkilində fəal iştirak edib.
2015–2023-cü illərdə isə müxtəlif gənclər və vətəndaş cəmiyyəti təşkilatlarında aktiv ictimai fəaliyyət göstərərək bir sıra layihə və proqramlara rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 Mart 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















