Fəridə Lütfəliyeva Antalyaya getməyəcək
Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın qadın FIFA referisi Fəridə Lütfəliyevanın gələn ilin yanvarında Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışından kənarda qalmasının səbəbi bəlli olub.
36 yaşlı hakim Misli Premyer Liqasının oyunlarına təyinat almadığı üçün hazırlıq prosesində iştirak etməyəcək.
F.Lütfəliyevanın adı AFFA-nın bu ilin may ayında təsdiqlədiyi Elit Kateqoriyada olmadığı üçün o, yüksək liqanın matçlarını idarə edə bilmir. Milli assosiasiyanın təşkil edəcəyi təlim-məşq toplanışı isə yalnız Misli Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və onların köməkçiləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, hakimlərin təlim-məşq toplanışı yanvarın 6-dan 12-dək davam edəcək.
AzNews.az
Baxış sayı:78
Bu xəbər 26 Dekabr 2024 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















