Icma.az
close
up
RU
Fermalara zərərə görə sığorta ödənilib MƏBLƏĞ

Fermalara zərərə görə sığorta ödənilib MƏBLƏĞ

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbayanda dövlət güzəşti ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı artmaqdadır. 

Aqrar Sığorta Fondu heyvandarlıq təsərrüfatına inəklərin tələf olması üzrə sığorta ödənişi həyata keçirib. 

“Cebheinfo.az” xəbər verir ki, Sumqayıt şəhərinin “Yaşıl dərə” adlanan ərazisində fəaliyyət göstərən "Qızıl Torpaq-Kəndli Fermer" MMC-nin heyvandarlıq təsərrüfatında 60-dan artıq “Holstein” və “Simmental” cinsli inək bəslənilir. Təsərrüfatda heyvanların saxlanılması üçün müvafiq şərait yaradılıb, onlara baytarlıq tələblərinə uyğun qulluq göstərilir. 

Təsərrüfatdakı bütün cins inəklər Aqrar Sığorta Fondunda sığortalanıb. Bir müddət əvvəl yoluxucu xəstəlik nəticəsində təsərrüfatda 2 baş inək tələf olub. Baş vermiş hadisə üzrə Aqrar Sığorta Fondu tərəfindən hər bir inəyə görə 4 500 manat olmaqla, ümumilikdə 9 000 manat sığorta ödənişi həyata keçirilib.

Qeyd edək ki, təsərrüfatda qiyməti 5000 manat olan inəklərin hər birinin illik sığortası fermerə cəmi 192 manata başa gəlib. Bu, inəyin qiymətinin cəmi 3,9%-i deməkdir. İnəklərin tələf olması nəticəsində həyata keçirilən sığorta ödənişi isə sığorta haqqından qat-qat yüksək olub. 

"Qızıl Torpaq-Kəndli Fermer" MMC təsərrüfatının nümayəndələri aqrar sığorta mexanizmindən razı qaldıqlarını ifadə ediblər. Fermerlər digər təsərrüfat sahiblərinə də heyvanlarını sığortalamağı tövsiyə edirlər.

Xatırladaq ki, aqrar sığorta mexanizmi kənd təsərrüfatı heyvanlarını təbii fəlakətlər, yoluxucu xəstəliklər, otdan və yemdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallardan sığortalayır. Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilərlər.   

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Avqust 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri