Icma.az
close
up
RU
Fermerlər 100 min manata yaxın sığorta ödənişi alıblar

Fermerlər 100 min manata yaxın sığorta ödənişi alıblar

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta çərçivəsində meyvə bağları və sair əkinlər üzrə növbəti böyük məbləğdə ödənişlər həyata keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, Aqrar Sığorta Fondunun məlumatına görə, ödənişlər Xaçmaz və Quba rayonlarında müxtəlif hadisələr nəticəsində zərər çəkən fermer və təsərrüfatlara edilib.

İlk olaraq Xaçmaz rayonunda yerləşən “TREK SERVİCE ENGİNEERİNG” MMC şirkətinə badam bağına dəyən zərər üzrə 73 768 manat ödəniş edilib.

Rayonun Cığatay kəndində yerləşən “TREK SERVİCE ENGİNEERİNG” MMC şirkətinin badam bağına şaxtavurma nəticəsində böyük zərər dəyib. 

Bu barədə məlumat aldıqdan sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata ezam edilən ekspertlər zərəri hesablayıb. Nəticədə badam bağlarına dəymiş zərər üzrə rekord məbləğdə - 73 768 manat ödəniş həyata keçirilib. 

Bu indiyədək Azərbaycanda badam bağına dəymiş zərər üzrə ən böyük sığorta ödənişidir.

Bundan başqa, Xaçmaz rayonunda yerləşən digər təsərrüfatda alça bağına quşların vurduğu zərər üzrə “vəhşi heyvanların hücumu” riski nəticəsində 2 551 manat sığorta ödəniş edilib. 

Quba rayonunda isə taxıl sahəsini doğu vurması nəticəsində təsərrüfata dəymiş zərər üzrə 15 420 manat ödəniş edilib. Eyni zamanda taxıl sahəsinə vəhşi çöl donuzlarının hücumu nəticəsində “vəhşi heyvanların hücumu” riski üzrə 1 546 manat ödəniş edilib.

Nəhayət, Quba rayonunda yoluxucu xəstəlikdən tələf olmuş mal-qaraya görə, kiçik təsərrüfata 4 680 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Sığorta ödənişlərinin təqdim olunması mərasimində fermerlərə bildirilib ki, aqrar sığorta mexanizmi əkin sahələri və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən qoruyur. 

Bu risklərə dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma (donvurma), leysan, normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair hallar aiddir.

Təsərrüfatları belə risklərdən qorumaq üçün ən yaxşı üsul dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığorta mexanizmindən faydalanmaqdır. 

Mövcud mexanizmə əsasən, sığorta haqqının 50 %-ni fermerə dəstək üçün dövlət ödəyir, nəticədə fermerlər cüzi ödəniş müqabilində təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər. 

Qeyd edək ki, Aqrar Sığorta Fondunun zərər görmüş fermerlərə ödənişləri sürətlə artır. 2024-cü ilin ilk 10 ayında fermer və təsərrüfatlara 4 milyon manat sığorta ödənişi edilib, ilin sonunadək bu məbləğin 6 milyon manatı keçəcəyi gözlənilir. 

Ümumilikdə isə indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 11 milyondan artıq sığorta ödənişi edilib. 

Nigar
“Cebheinfo.az”

Açar sözlər: Quba sığorta

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri