Icma.az
close
up
RU
Fermerlərin bitməyən problemləri: Kənd təsərrüfatı bu yük altında əzilir

Fermerlərin bitməyən problemləri: Kənd təsərrüfatı bu yük altında əzilir

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda 2026-cı ildə kənd təsərrüfatında həm bitkiçilik, həm heyvandarlıq problemlərinin aradan qaldırılmasına yönələn 16-dan artıq modul hazırlanacaq. 

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda bildirib. 

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi "McKınsey and Company" şirkəti ilə böyük, ambisiyalı yol xəritəsi hazırlayıb: 

"Bu sənəd iki ili əhatə edir. Bu yol xəritəsi çərçivəsində kənd təsərrüfatında həm bitkiçilik, həm heyvandarlıq problemlərinin aradan qaldırılmasına yönələn modullar hazırlamaq nəzərdə tutulur. Bunlardan bir qismi - təxminən 10-a yaxını ya bitib, ya da ki, artıq bitmə perioduna yaxınlaşır". 

O əlavə edib ki, hazırda kənd təsərrüfatı sahəsində problemlər əsasən bitki xəstəlikləri, məhsul proqnozu, sahələrin xəritələnməsi, iqlim məlumatları və heyvandarlıq sahəsinin üzləşdiyi problemləri əhatə edir: 

"2026-cı ildə biz 16-dan artıq modulu istifadəyə verməyi planlaşdırdıq. Ümumilikdə, bu layihə 30-dan artıq modulu əhatə edir". 

Yeni layihənin uğurlu tətbiqi ilk növbədə kənd təsərrüfatında mövcud problemlərin dərindən öyrənilməsinə, düzgün planlaşdırması ilə nəticə verə bilər. Hazırda kənd təsərrüfatı sektorunda əsas problemlər nələrdir? 

Mövzu ilə bağlı "Cümhuriyət”-ə açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, kənd təsərrüfatında bu gün ən çox hiss olunan problemlər əsasən istehsal prosesindəki qeyri-sabitliklərdən, təbii və texnoloji risklərdən, həm də bazar şəraitindən qaynaqlanır: 

“Bitkiçilikdə xəstəlik və zərərvericilərin artması, iqlim dəyişikliyi səbəbindən su çatışmazlığı, məhsuldarlığın qeyri-sabitliyi və torpaq münbitliyinin zəifləməsi kimi çətinliklər daha çox nəzərə çarpır. Heyvandarlıqda xəstəliklərin vaxtında aşkarlanmaması, effektiv yemləmənin yoxluğu, genetik keyfiyyət və istehsal xərclərinin artması əsas problemlər sırasındadır. Bu sahələrdə məlumat çatışmazlığı, operativ monitorinq imkanlarının məhdudluğu və təcrübəyə əsaslanan idarəetmənin üstünlük təşkil etməsi də prosesləri çətinləşdirir”. 

Ekspert qeyd edib ki, fermerlərin ən çox ehtiyac duyduğu dəstək əsasən praktiki və elmi biliklərə, operativ məsləhət xidmətlərinə, maliyyə resurslarına və müasir texnologiyalara çıxışla bağlıdır: 

“Onlar vaxtında xəstəlik proqnozu, suvarma tövsiyələri, torpaq və iqlim məlumatları, optimal gübrələmə və becərmə üzrə rəqəmsal rəhbərlik kimi xidmətlərə ehtiyac duyurlar. Dövlət və bazar üzrə subsidiyalara, sərfəli kreditlərə, keyfiyyətli toxum və yem təminatına, satış kanallarının genişləndirilməsinə və məhsulun ədalətli qiymətləndirilməsinə də ehtiyac böyükdür.

Ümumilikdə, həm bilik, həm də resurs çatışmazlığı fermerlərin məhsuldarlığa və dayanıqlı istehsala nail olmasını çətinləşdirən əsas amillər kimi qalır”. 

Gülər Həsənli
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see293

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see270

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see221

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see211

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see208

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see185

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see179

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see168

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see152

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see145

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri