Fernandu Santuş AFFA İcraiyyə Komitəsində hesabat verdi Yeni Çağ Media
Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
Milli assosiasiyadan Yenicag.az-a verilən məlumata görə, əvvəlcə qurumun icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
İlk növbədə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun yığmanın UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı hesabatı dinlənilib. İcraiyyə Komitəsinin üzvləri baş məşqçinin qeydə alınmış nəticələrlə bağlı fikirləri ilə tanış olublar. F.Santuş milli komandanın gələcək perspektivləri barədə gözləntilərini bölüşüb.
Ardından AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandaların seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat verib. O, İK üzvlərinin suallarını cavablandırıb. Bu xüsusda təklif və rəylər dinlənilib, nəzərə alınıb.
İclasda AFFA-nın inkişaf strategiyası ilə bağlı son durum barədə məlumat verilib. Strategiya 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacaq.
İcraiyyə Komitəsinin iclasında digər məsələlər də müzakirə edilib.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 17 Dekabr 2024 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















