Icma.az
close
up
RU
Fernandu Santuş: Məqsədim 2028ci il Avropa çempionatında çıxış edəcək komanda yaratmaqdır

Fernandu Santuş: Məqsədim 2028ci il Avropa çempionatında çıxış edəcək komanda yaratmaqdır

Icma.az xəbər verir, Operativmedia saytına əsaslanaraq.

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Estoniya yığmasını qəbul edib.

"Operativ Media" xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən və 0:0 hesabı ilə başa çatan oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı 20-ci dəqiqədən sonra rəqibə heç bir şans vermədiklərini bildirib:

“Rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi bu gün. İlk 20 dəqiqə demək olar ki, bərabər səviyyəli oyun keçdi. Hər iki tərəfin müəyyən epizodları oldu. 20-ci dəqiqədən sonra isə rəqibə heç bir şans vermədik. Oyunçularım qələbə qazanmaq üçün əllərindən gələni etdi, sona qədər vuruşdular. Burda rəqibin də haqqını yemək olmaz, çox yaxşı müdafiə olundular. Bu oyunla bağlı futbolçularıma deyəcək sözüm yoxdur.

Biz də istəmirik D qrupuna düşək. Amma belə oldu. Son matçlarda komandanın nümayiş etdirdiyi oyun bizim nikbin yanaşmağımıza ümid verir. Bugünkü durumumuzdan biz də məmnun deyilik.

Yenə də təkrarlayıram ki, son üç oyuna baxsaq, rəqiblərimizdən daha üstün oynayırıq. Əvvəlki matçlarda müdafiədə səhvlər edirdik, qollar buraxırdıq. Bugünkü oyunda isə səhvsiz oynadıq, sadəcə qol çatışmadı. Yenə deyirəm, oyunçularım qələbə qazanmaq üçün çox çalışdılar.

Bu oyunda Mahir Əmrəli bizimlə yox idi, həmçinin Renat Dadaşov da olmadı. Bu iki oyunçu komandamız üçün çox önəmlidir. Çox təəssüflər olsun ki, Azərbaycan çempionatında orta xətdə oynayan oyunçuların çoxu əcnəbilərdir. Buna baxmayaraq, əlimizdə olan “material”la nələrsə edəcəyik.

Bura gəlməkdə məqsədim 2028-ci il Avropa çempionatında çıxış edəcək komanda yaratmaqdır. İnanıram ki, buna nail olacağıq. Mən bu layihəni müzakirə edib bura gəlmişəm.

Mən yenə deyirəm, ümid vermirəm. Gəlmişəm layihəni icra edim. Bunun da iş qaydası var. Qarşıdan gələn 4-5 ilə məqsədimiz yaxşı mübarizə aparan Azərbaycan millisi yaratmaq və eyni zamanda futbolçu yetişdirməkdir. Bütün dünyada fikir versəz, hamı bu yolu gedir. Hər yerdə belədir. İstər Portuqaliya, İspaniya, Gürcüstan. Hamı bu yolla gedir. Biz bu yoldan çıxmış olsaq, səhv etmiş olarıq. Digər yolu odur ki, əcnəbiləri milləşdirib yaxşı nəticələr qazanmaqdır. Əcnəbilərin milliləşdirilməsi yolu nəticə verməyibsə, deməli, bu yolla davam etməliyik. İnanın ki, Portuqaliya millisi bu yolla Avropa çempionu olub. Başqa bir misal, Gürcüstan millisi 10 il bundan qabaq bu nəzəriyyə ilə başlamışdı. Gürcüstanda olan futbolçu potensialı burda da var. Azərbaycanlı futbolçular da fərdi şəkildə çox yaxşıdılar. İndi bunu komanda şəklində tətbiq etməliyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 16 Noyabr 2024 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see213

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see208

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see173

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see153

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see124

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri