Icma.az
close
up
RU
Fernandu Santuş: “Oyunçularım əlindən gələni etdilər ki, uduzmasınlar”

Fernandu Santuş: “Oyunçularım əlindən gələni etdilər ki, uduzmasınlar”

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusla qarşılaşıb. Görüşdən millimiz 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırıb:

– İlk hissədə hər iki komandanın intensiv oyunun gördük. Balanslı oyun keçdi. İlk 10-15 dəqiqə oyunçularım daha çox arxaya meyilli oynayırdılar, onlara başa saldıq ki, irəli çıxmaq lazımdır, futbol oynamaq lazımdır. Ondan sonra yavaş-yavaş hücumlar qurmağa başladılar. İkinci hissə oyuna yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oynayırdı. Müdafiədə və hücumda çox işləməli olurdu. Toral Bayramovun da zərbəsi oldu. İkinci hissəyə yaxşı başladıq. Renat Dadaşovu meydana buraxdım ki, fiziki cəhətdən yaxşıdır, topu ona verərək tez itirməyək. Şahin Şahniyarovun oyununu da vurğulayardım, yaxşı oynadı. İlk oyunu idi. 55-ci dəqiqədən sonra çətinlik çəkdiyini hiss etdik və onu dəyişdik. Təəssüflər olsun ki, asan qollar buraxdıq. Bu da futbolun bir hissəsidir. Bu cür şeylərə görə çox üzülürük. Rəqib 1:0 irəli keçdikdən sonra ruhdan düşmədik. Çalışırdıq ki, bərabərlik qolunu vuraq. Hiss edirdim ki, qol vura bilər. Buna görə üçlü müdafiə sisteminə keçdik. İrəlidə iki hücumçu ilə oynayırdıq. Cinahlardan da asmalar edirdik. Amma ikinci qolu buraxdıq. Yüksək səviyyəli rəqabətdə, mübarizədə belə bəsit qollar buraxmaq olmaz. Komandam yaxşı çıxış etdi. Pozitiv cəhətlər çox oldu. Bu gün oynayanların hər biri milli səviyyəsində oynamağa bacarığı olduğunu göstərdi. Nəticə neqativ oldu, istədiyimizi əldə edə bilmədik.

– Yekunda yenə uduzdunuz. Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti var? Bu nə vaxt tükənəcək?

– Biz hər şeyi edirik ki, uduzmayaq. Oyunçularım əlindən gələni etdilər ki, uduzmasınlar. Hamısı üzgündürlər. İşimizə davam etməliyik. Bu gün oyunçular yaxşı çıxış etdi. Öz üzərimizdə işləməliyik ki, nəticə də gəlsin.

– Zamiq Əliyev İsveçlə görüşdə də Belarusla görüşdəki kimi səhv etmişdi. Üçüncü matçda ona start heyətində şans verərsiz?

– Unutmayaq ki, Zamiqin 20 yaşı var. Bu gənclər hamısı davamlı oynamalıdırlar ki, özlərinə inam yaransın. Belə olanları dərhal itirə bilmərik.

– Cinah müdafiəçisi kimi stoperləri oynatdınız. Sizə görə Azərbaycanda cinah müdafiəçisi yoxdur? Niyə Qismət Alıyevi cəlb etməmisiz milliyə?

– Qismət Alıyev milliyə cəlb olunub. Mən oyunlara baxıram, Amin Seydiyev, Mert Çelikin oyununu daha çox bəyəndim.  Üç gün əvvəl deyirdiz, o oyunçu niyə oynamır, indi başqası niyə oynamır?

– Portuqaliya Futbol Federasiyaslının rəhbərliyi 8 oyundan 7-də uduzan əcnəbi məşqçini saxlayar, yoxsa yox?

– Milli komanda ilə 109 oyun keçirmişəm. Onun 20-də uduzmuşuq. Portuqaliya və Azərbaycan millisini müqayisə edə bilməzsiz. Portuqaliyada 2 oyun uduzanda göndərirlər. Mən heç vaxt ardıcıl 2 oyunda uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Yunanıstanda da ardıcıl 2 oyun uduzmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox.

– Azərbaycan millisində 8 oyunun 7-də uduzmusuz. Millinin passivində bu rəqəmlər neçəyə qalxmalıdır ki, anlayasız ki, Azərbaycanda sadəcə dəyərli vaxtınızı itirirsiz?

– Bu sual mənə aid deyil. Mənim müqaviləm var. Baş məşqçinin işi odur ki, oyunçuların potensialına baxsın, hazırlasın. Bu gün bir addım önə atdıq. Çoxlu gənclər oynadı. Bu da irəliyə atılmış addımdır. Bu işə köklənmişik.

– Futbol ictimaiyyəti və azarkeşlər bu məğlubiyyətlərə görə əsəbidir. Buna görə üzr istəmək istəyirsiz ki, azarkeşlər sakitləşsin?

– Üzr istəmək başqa bir şeydir. Əlbəttə ki, azarkeşlərin istəklərini qarşılamalıyıq, onları sevindirməliyik. Onlarla eyni hissləri keçiririk. Bu nəticələrə görə üzülürük. Heç kim hazırkı duruma görə sevinmir, nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, bu vəziyyəti yaxşıya doğru dəyişək. Kifayət qədər də gücümüz var ki, işimizi davam etdirək. Gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti də nəticələrə sevinəcək. Düşündüyümdən çox çəkəcək. Amma mən dərk edirəm ki, asan bir şey deyil. Bu haqda söhbətlər edəndə də vurğulamışam ki, asan bir şey deyil. Rəhbərliklə də danışanda 3 il+1 il müqavilə razılaşdırmışıq. Bundan öncə də hamısını başa salmışam. Əgər bura bir illik, ya 2 illik olsaydı təklif, gəlməzdim. Gəlməyəcəkdim. Çünki bilirəm ki, asan proses deyil.Azərbaycan gözəldir, Bakı mükəmməldir, hər şey top səviyyədədir. Bu haqda danışmırıq. Məsələ odur ki, əgər danışıqlarda bu cür şərt olmasaydı, 3+1-i nəzərdə tuturam, onda bura gəlməyəcəkdim. Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram boyu bu qədər uduzmamışdım. Öz işimə inanıram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik.

– Bu matçlar göstərdi ki, Haiti və Belarusla eyni səviyyədədir. Rusiya Zambiya və Bruney milliləri ilə qarşılaşır, böyük hesablarla qələbə qazanır..Qələbə ruhunu qaytarmaq üçün belə rəqiblərlə qarşılaşmaq istəyərsiz?

– Əgər inkişaf etmək istəyiriksə, daha güclü rəqiblərə qarşı oynamaq lazımdır. Sual yaxşı sualdır. Qələbə qazanmaq üçün ən aşağı səviyyə millilərlə razılaşıb, oynayarıq. Hamı bu nəticələrə sevinər. Daha güclü rəqiblərlə oynayacağıq ki, inkişaf edək. (sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 26 Mart 2025 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri