Icma.az
close
up
RU
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir DETALLAR

Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir DETALLAR

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş rəhbərlik etdiyi komandanın Millətlər Liqasındakı fiaskosundan sonra istefaya göndərilə bilər.

Tarixinin ən pis qrup turnirini keçirən və yekun nəticədə D Liqasına yuvarlanan yığmanın uğursuzluğu AFFA rəhbərliyini narahat edib. Federasiyanın prezidenti Rövşən Nəcəf uğursuz nəticədən əlavə, gələcək üçün heç bir ümid verməyən komandanın durumundan narahat olmağa başlayıb. Estoniya (0:0) və İsveçlə (0:6) görüşlərə qədər 70 yaşlı portuqaliyalı mütəxəssisi postunda saxlamağı planlaşdıran və ona DÇ-2026-nın seçmə mərhələ oyunlarında şans verməyi düşünən federasiya rəhbəri tənqidlərdən və narazılıqlardan bezərək fikrini dəyişməyə başlayıb.

Məlumata görə, Rövşən Nəcəf Millətlər Liqasındakı çıxışla bağlı Fernandu Santuşdan hesabat istəyib. Portuqaliyalı məşqçi hesabatı yaxın günlərdə şəxsən Azərbaycan futboluna cavabdeh olan şəxsə təqdim edəcək.

Görüşün bu günlərdə və ya yeni iş həftəsinin əvvəlində baş tutma ehtimalı var. Məhz həmin toplantıda Santuşun gələcəyinə aydınlıq gələcək.

Görüş zamanı baş məşqçi ilə yolların ayrılması müzakirə olunacaq. Bu məsələdə ən böyük əngəl Fernandu Santuşun müqaviləsindəki yüksək təzminat məbləğidir. Uğursuzluq fonunda portuqaliyalıdan kompensasiyanın azaldılması da istənilə bilər.

Qeyd edək ki, bu ilin yayında Fernadu Santuşla AFFA arasında 3+1 illik müqavilə imzalanıb.

Publika.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Noyabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri