Icma.az
close
up
RU
Fernandu Santuş yenə vəd verdi: İstədiyimiz yerə gəlib çatacağıq

Fernandu Santuş yenə vəd verdi: İstədiyimiz yerə gəlib çatacağıq

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.

Publika.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün məşqin səhər saatlarında olmasının xüsusi səbəbi var?

- Səbəb odur ki, komandanın bərpa olmaq üçün daha çox vaxtı olsun. Milli bir həftədir buradadır, gündə iki məşqimiz olur. Komanda oyuna çox yaxşı hazırlaşıb. Düşündük ki, futbolçuların bərpa olunmaq üçün 24 saat vaxtları olsun.

- Dörd oyundan sonra komandanın aktivində xal yoxdur. Baş məşqçi kimi belə nəticəni gözləyirdiz?

- Əlbəttə ki, oyunları təhlil edəndə çatışmayan cəhətləri görürük. Son iki matçda komanda yaxşı oynadı, futbolçularımız inkişaf edir. Estoniya ilə matçda yaxşı oyun nümayiş etdirdik. Qapımızda gözlənilməz qollar buraxdıq. Səhvlərimizi görürük. Bunları aradan qadırmağa çalışırıq. Slovakiyaya qarşı da yaxşı oynadıq. Qırmızı vərəqə hər şeyi dəyişdi. Futbolda belə detallar vacibdir. Oyunçularım yaxşı məşq ediblər, çox istəklidirlər, pozitiv nəticə qazanmaq üçün sabah əllərindən gələni edəcəklər. Oyundan-oyuna inkişaf edirik, istədiyimiz yerə gəlib çatacağıq.

- Millimiz qrupu xalsız bitirsə, gələcəyinizlə bağlı qərarınız necə olacaq?

- Mənim 2028-ci ilə qədər müqaviləm var. Məqsədimiz yaxşı heyət qurmaqdır. Azərbaycan millisinə indiyə qədər əldə etmədiyi uğurları qazandırmaq istəyirik. Bütün bunları 2027-ci ildə təhlil etmək mümkün olacaq.

- Milliyə futbolçular dəvət edərkən ictimaiyyətin fikrini nəzərə alırsız? Rüfət Abdullazadə də yığmaya dəvəti gözlənilən oyunçulardan idi. Onu izləyirsiz?

- Bütün oyunçuları izləyirəm, futbolçuların hamısını tanıyıram. Heyətlə bağlı verilən bütün qərarlar mənə aiddir. Kənardan deyilən heç bir fikir mənə təsir etmir. Kimin bizə kömək edəcəyini düşünürəmsə, onu da milliyə dəvət edirəm.

Heybət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://publika.az
archiveBu xəbər 15 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri