Icma.az
close
up
RU
Ferqyuson: “Adama elə gəlirdi ki, klubu bu qadın idarə edir”

Ferqyuson: “Adama elə gəlirdi ki, klubu bu qadın idarə edir”

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Mançester Yunayted” böyük itkinin acısını yaşayır. 1968-ci ildən bəri klubun bazasında futbolçuları, məşqçiləri və qonaqları qarşılayan əfsanəvi xanım inzibatçı Ket Fipps dünyadan köçdü.

"Football-plus.az" xəbər verir ki, hələ ser Mett Basbinin vaxtında kluba gələn xanım funksioner ötən ilin dekabrında – 85 yaşında ayrılmışdı. Mançester katedralında keçirilən vidalaşma mərasiminə MY-nin müxtəlif nəsillərini təmsil edən ulduzlar toplaşmışdı. Ser Aleks Ferqyuson və klubda uzun müddət (1993-cü ildən 2013-cü ilə qədər) geyim dəsti ilə bağlı məsələləri tənzimləyən Albert Morqan ilk gələnlər sırasındaydı. MY-yə 56 ilini həsr edən Ket Fipps bu mənada klubu rekordçusudu. Onun göstəricisi Ferqyusonu belə heyrətləndirib:

“Mən 26 il burda çalışdım, bu zaman kəsiyini belə qeyri-adi sayırdım”.


400-ə yaxın iştirakçı arasında “Yunayted”in müasir tarixinin hər dönəmindən adamlar var idi. Ketin sevimlilərindən olan Devid Bekhem mərasimə valideynləri ilə birgə gəlmişdi. Mərhum inzibatçı 2023-cü ilin dekabrında onun haqqında belə demişdi:

“Devidi 15 yaşından – atası ilə anası onu oyunlara yola saldığı vaxtdan tanıyıram. Elə əziz uşaq idi ki, dərhal xoşuma gəldi”.


Mərasimin başlamasına yarım saat qalmış MY-nin bütün heyəti – baş məşqçi Ruben Amorim qarışıq – katedrala təşrif buyurdu. Klub rəhbərliyi, qadınlar komandasının nümayəndələri, akademiyanın 30 yetirməsi də salonda idi. Əvvəlcə Ferqyuson çıxış etdi:

“Komanda son oyunda yaxşı nəticəyə (“Liverpul”la keçirilən oyundakı 2:2-ni nəzərdə tutur – red.) nail oldu. Keti bundan razı qalardı. Ölümündən bir qədər əvvəl evinə getmişdim. Ket xoşbəxt idi. Masanın üzərində “kola” gördüm, ancaq Keti dedi ki, “Bacardi” ilə qarışmış “kola”dı. Həkiminin bu haqda nə düşündüyünü soruşduqda dedi ki, soruşmamışam”.


Ferqyuson klubdakı ilk illərində hər zəngin Fippsin masasından keçdiyini xatırlayıb: “Kimlə danışmaq istəyinizdən asılı olmayaraq, onda bütün nömrələr var idi, başından deyirdi. Adama elə gəlirdi ki, klubu bu qadın idarə edir. O, əsl “Yunayted” adamı idi”.
Ket isə bir müddət əvvəl əfsanəvi şotlandiyalı mütəxəssisə daimi qayğısına görə minnətdarlıq etmişdi:

“Biz həmişə Alekslə yaxşı zarafatlar edirdik. Bəzən mübahisələşirdik, qardaşla bacı kimi, o mənə qışqırırdı, mən də ona... Ancaq bütün bunlar yaxşı əhval-ruhiyyə yaradırdı. Onu bircə kəlmə ilə ifadə etmək lazım gəlsəydi, “qayğıkeş” deyərdim. Həyat yoldaşım dünyasını dəyişəndə futbolçuları dəfn mərasiminə gətirmişdi. Bu addım məni duyğulandırdı. O və xanımı Keti həmişə mənə xeyirxah münasibət göstərib”.


İndiki heyət adından Conni Evans çıxış edib. Və çox maraqlı bir məqamı xatırlayıb:

“Yeniyetmə vaxtı “Yunayted”lə bağlı bütün jurnalları oxuyurdum. Bir dəfə Bekhemin “Real”a gedəndən sonra verdiyi müsahibəni gördüm: “Ket Fipps “Old Trafford”da öpdüyüm ilk adamdı”. Ket mənim də həyatımın böyük parçasıdı. Bir neçə ildən sonra – əsas komandaya qoşulanda Ket məni də öpdü. O, hər birimizi öpüb. Bu klubda heç kim onun yanından yüngülcə qucaqlaşmadan ötməyib. Yayın əvvəlində klubdakı işinə dönəndə onu evinə apardım. Sanki kral ailəsinin nümayəndəsini daşıyırdım”.


Evansı son görüşlərindən biri daha çox təsirləndirib. Fipps yanağından öpmək əvəzinə başını onun sinəsinə qoyub. Futbolçu xanım inzibatçının ağladığını hiss edib. Ket onda qulaq infeksiyası ilə mübarizə aparırdı. Conniyə deyib ki, pis eşidirəm, kimsə düşünəcək ki, artıq işimin öhdəsindən yaxşı gəlmirəm:

“Bu qeyri-adi qadının fədakarlığı məni heyrətləndirdi. Klubda bu qədər uzun müddət keçirəndən sonra da işi onun üçün çox əziz idi. Bu iş onun həyatının mənası idi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Yanvar 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri