Ferran Torres üçün 65 milyonluq yarış
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Futbol üzrə İspaniyanın “Barselona” komandasının hücumçusu Ferran Torres yay transfer pəncərəsində klubunu dəyişə bilər.
İdman.Biz xəbər verir ki, jurnalist Ekrem Konurun məlumatına görə, Kataloniya təmsilçisi ispaniyalı futbolçunun satışına açıqdır. “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Torres üçün “Nyukasl”, “Aston Villa” və “Milan” maraq göstərir.
İtaliya nəhəngi “Milan” futbolçunu məcburi satınalma şərti və növbəti satışdan faizlə icarəyə götürmək istəyir. İngiltərə Premyer Liqası təmsilçiləri isə Torresi birbaşa transfer etməyə hazırdırlar.
Məlumata görə, “Aston Villa” ispaniyalı hücumçunun keçidi üçün 65 milyon avro (130 milyon AZN) ayırmağa hazırlaşır. “Nyukasl” üçün isə Torres yay transfer pəncərəsində əsas hədəflərdən biri sayılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 11 May 2026 01:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















