Icma.az
close
up
RU
Ferrara skudettonu əsas hədəf sayır

Ferrara skudettonu əsas hədəf sayır

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çiro Ferrara bu yay keçiriləcək dünya çempionatı zamanı DAZN telekanalında ekspert kimi fəaliyyət göstərəcək.

“Napoli” ilə 2, “Yuventus”la 5 dəfə ölkə çempionu olan İtaliya yığmasının sabiq müdafiəçisi ölkə futbolu ilə bağlı aktual sualları cavablayıb. 59 yaşlı Ferraranın 11 il (1994-2005) çıxış etdiyi, ağ-qara formasında 358 oyun keçirib 20 qol vurduğu “Yuventus”un mövcud vəziyyəti və perspektivləri, həmçinin milli komandanın növbəti uğursuzluğu haqda düşüncələri daha çox maraq doğurur.
- Spalletti ilə müqavilənin yenilənməsi doğru qərardı?
- Hə. Hələ bir müddət əvvəl DAZN-a açıqlama verərək demişdim ki, Spallettinin “Yuventus”dakı gələcəyi ilkin nəticələrdən asılı olmamalıdı. Çünki o, yaxşı iş görür və idman direktoru Ottolini mənim açıqlamamdan çox keçmədən klubun baş məşqçi ilə əməkdaşlığı davam etdirəcəyini bildirdi. Luçanonun mövsümün gedişində başına keçdiyi komandadakı nəticələri qənaətbəxşdi: “Yuventus” bir neçə oyunda xallar itirsə də, A seriyasında oyun ərzində yaradılan qol vəziyyətləri planında həmişə yüksək yerlərdə olub. Bu yaxınlara qədər bəxt də komandadan böyük ölçüdə üz döndərmişdi. Nəhayət, Berqamoda çətinliklə də olsa, qələbə qazandı...
- Hazırda onun nail olduğu əsas uğur nədi?
- O, paltardəyişmə otağına tam nəzarət edir. Hər şeydən əvvəl “Yuventus”a rəhbərlik etmək üçün təcrübə və bacarığa malikdi.
- Vlahoviçin müqaviləsi ilə bağlı məsələ haqda nə düşünürsüz?
- Hər şey iqtisadi aspektdən asılıdı. Mövcud rəqəmləri (serb hücumçunun illik maaşı 12 milyon avrodu – red.) unutmaq lazımdı. Məvacib bir qədər aşağı salınarsa, məncə, Duşan “Yuventus” səviyyəsində oyunçu ola bilər. Onun əsas heyətdə oynayıb-oynamadığını bilmirəm, amma Vlahoviç ilk dəqiqələrdən oynamağa qadirdi.
- İndi “Yuventus” nə etməlidi?
- İtaliyada bir çox klubun hədəfi Çempionlar Liqasına vəsiqə qazanmaqdı. Çünki bu hədəfə çatmaq maliyyə baxımından vacibdi. Əvvəllər ilk növbədə ölkə çempionu olmaq haqda düşünməliydin. Ona görə ki, bu uğur avtomatik Çempionlar Liqasında iştirak demək idi. Buna görə də deyirəm: “Yuventus” ilk növbədə skudetto uğrunda mübarizə aparmalıdı. Komandanın çempion olub-olmayacağı bəlli deyil, amma əsas hədəf məhz bu olmalıdı. Yeni mövsüm ərəfəsində əsas üstünlükləri Spalletti ilə bağlı olacaq: növbəti marafona artıq komandanı yaxşı tanıyan mütəxəssislə başlayacaqlar.
- Sizin üçün hansı komandanın oyununu izləmək daha xoşdu?
- Fürsət tapdıqca “Komo”nun oyunlarına baxıram, hərçənd bu komandanın heyətində italiyalı futbolçu görmədiyimə görə təəssüflənirəm.
- Ardıcıl üçüncü dünya çempionatının İtaliya yığmasının iştirakı olmadan keçiriləcəyi haqda nə düşünürsüz?
- Bu faktı etiraf etməliyik: artıq dünyanın ən yaxşı oyunçularına malik deyilik, istedadlı italiyalı gənclər isə yetişmir. İstənilən halda gənc futbolçulara şans verməliyik. Komandanın iştirak ərizəsində italyanların faiz göstəricisini artırmaqla iş bitmir, onların oynamaq imkanı olmalıdı. Əks halda bunların heç bir əhəmiyyəti olmayacaq.
- Konte mövsümün sonunda “Napoli”dən gedəcək?
- Ötən mövsümün gedişində Antonionun Neapolda qalacağına əmin idim, belə də oldu. Bu mövsüm isə bəzi məqamlarda onun komandadakı fəaliyyətini davam etdirəcəyinə şübhə etmişəm, amma sonradan fikrimi dəyişmişəm. Ümid edirəm ki, tezliklə prezident De Laurentislə görüşəcək və onlar gələcək əməkdaşlıq barədə müzakirələr aparacaqlar.
- Bəs Kontenin milli komandanın baş məşqçi vəzifəsinə namizəd olması barədə nə düşünürsüz?
- O, futbolumuz üçün çox çətin görünən vəziyyətdə uyğun füqur ola bilər. Ancaq bu, Kontenin yığmaya mütləq qayıdacağı anlamına gəlmir. O və Alleqri indi əlçatan deyillər, bu məsələdə çox şey onların işlədiyi klublardan asılı olacaq.
- Alleqri “Milan”ı Çempionlar Liqasına qaytara biləcək?
- Bunu etməlidi, sadəcə, buna nail olmağa borcludu... “Milan” çempionatın əksər hissəsində 2-ci yerdə görünüb və çempionluq uğrunda mübarizə aparıb. “Napoli”yə məğlubiyyət böyük zərbə oldu, komanda “Udineze” ilə matçda isə çox pis görünürdü. Bundan sonra ciddi səhvlərə yol verməməlidilər, çünki əsas rəqiblər sürəti heç də azaltmırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Aprel 2026 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri