Icma.az
close
up
RU
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı

Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Düzdü, klublarımızın avrokubokların 1-ci təsnifat mərhələsinin ilk oyunlarında qazandığı nəticələr hamını xeyli arxayınlaşdırıb. Hazırda kimsə onların növbəti mərhələyə vəsiqə qazanacağına şübhə etmir. Lakin Allah eləməmiş, pis sürprizlərə də hazırlıqlı olmalıyıq. Axı matçların taleyini təkcə azarkeş dəstəyi, komandaların performansı kimi məqamlar yox, həm də hakimlər həll edir və cavab görüşləri daha vacib olduğundan ədalət təmsilçilərinin hər birinin kimliyinə bələd olmaqda fayda var. Odu ki, "Football-plus.az"ın ənənəvi hakim təqdimatına keçid alaq.

Mateu Buskets Ferrer. Referi 1993-cü ildə Palma-de-Malyorkada anadan olub. Gənc yaşlarından hakimlik edən Ferrer hazırda peşəsini həm İspaniya La Liqasında, həm də beynəlxalq arenada davam etdirir. İlk rəsmi matçında 2022-ci ildə iş başında olan “fit sahibi” 2023-cü ildən bəri FİFA referisidi. O, indiyə qədər La Liqada 58 oyun idarə edib. “Qarapaltarlı” bu matçlarda 319 sarı, 20 qırmızı vərəqə göstərib. Bundan başqa, Ferrer beynəlxalq yoldaşlıq oyunları, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, U-20 komandalarının iştirakıyla keçirilən Libertadores yarışlarında baş hakim olub. Ədalət təmsilçisi avrokuboklarda debüt etməyib. Onun ilk matçı məhz “Sabah”ın səfər oyununa təsadüf edəcək. Ümumiyyətlə, “fit sahibi” karyerası ərzində 157 qarşılaşma idarə edib, bu görüşlərdə futbolçulara 859 sarı, 74 qırmızı vərəqə göstərib.

Mihali Kaprali.
Söhbət hələ 18 yaşında yerli futbol federasiyasının hakimlik imtahanında yüksək nəticə göstərən, ardından aşağı liqa komandalarının matçlarını idarə etməyə başlayan ədalət təmsilçisindən gedir. Kaprali 1990-cı ildə Ukraynada dünyaya göz açsa da, Macarıstan vətəndaşıdı. O, yüksək liqada ilk matçını 2020-ci ildə idarə edib. İndiyə qədər bu çərçivədə 81 qarşılaşmada meydanda olan Kaprali 309 sarı, 9 qırmızı vərəqə ilə yadda qalıb. 2024-cü ildə FİFA hakimi dərəcəsini alıb. O vaxtdan bəri beynəlxalq yoldaşlıq oyunlarında, UEFA Gənclər Liqasında, 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsindəki çıxışlarında, Konfrans Liqasının təsnifat və əsas, Çempionlar Liqasının isə təsnifat mərhələlərində iş başında olub. Ədalət təmsilçisi Avropa Liqasında debüt etməyib.
Kaprali millimizin oyununda da baş hakim kimi görünüb. “Fit sahibi” yığmanın 2024-cü ildə Sombatxeydə Albaniyaya qarşı keçirdiyi yoldaşlıq matçında fəaliyyət göstərib. Həmin görüş rəqibin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Hakim həmin oyunda Emil Mustafayevi “sarı”yla cəzalandırıb.
Ümumiyyətlə, Kaprali karyerası ərzində idarə etdiyi 164 qarşılaşmada futbolçulara 677 sarı, 22 qırmızı vərəqə göstərib.

Marek Radina.
Çexiyalı 1992-ci ildə Kolində dünyaya gəlib. Karyerasına aşağı liqada start verən ədalət təmsilçisi qısa müddətdə, daha dəqiqi, 2021-ci ildə əsas çempionatda forma geyib. O, bu yarışda meydanda olduğu 77 matçda 326 sarı, 23 qırmızı vərəqə ilə futbolçuları məyus edib. Radina 2023-cü ildən bəri FİFA referisidi. Hakim indiyə qədər bu çərçivədə UEFA Gənclər Liqasında, beynəlxalq yoldaşlıq oyunlarında, U-17, U-19 və U-21 komandalarının Avropa çempionatlarındakı matçlarında iş başında olub. Hələ Çempionlar Liqasında debüt etməyən Radinaya Konfrans Liqasının təsnifat və əsas, Avropa Liqasının isə yalnız təsnifat mərhələlərində güvənilib. Referi karyerası ərzində 186 matç idarə edib. O, bu qarşılaşmalarda 868 sarı, 46 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyul 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri