Ferstappen “Formula1” üzrə Qətər QranPrisinin qalibi olub
“Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen “Formula 1” dünya çempionatının 23-cü mərhələsi olan Qətər Qran Prisinin qalibi olub.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, yarış həftəsonu “Losal” trasında baş tutub.
“Ferrari”dən moneqasklı Şarl Lekler ikinci, “McLaren”i idarə edən avstraliyalı Oskar Piastri isə üçüncü olub.
Mövsümün final mərhələsi dekabrın 6-8-də Əbu-Dabidə baş tutacaq.
Baxış sayı:90
Mənbə:https://avtosfer.az