Ferstappen özünün muzeyini açmaq niyyətində olduğunu açıqlayıb
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Red Bull” ilə dördqat “Formula-1” çempionu olan 28 yaşlı niderllandlı Maks Ferstappen öz şərəfinə muzey açmağı düşündüyünü bildirib.
İdman.Biz xəbər verir ki, Ferstappen hələlik muzeyin yeri barədə qərar vermədiyini söyləyib.
"[Şərəfimə muzeyin] harada olacağını düşünürəm. Nəticədə, oxşar bir şey istərdim. Fernando Alonsonun da İspaniyada belə bir muzeyi var. Düşünürəm ki, bu, həqiqətən də əladır. Bütün bu avtomobillərlə Formula 1 avtomobilləri [eksponat kimi]. Bəlkə də bu, kiçik uşaqlar üçün ilham və motivasiya mənbəyi olacaq", - GPblog Ferstappendən sitat gətirir.
Xatırladaq ki, Fernando Alonso muzeyi İspaniyanın Lyanera şəhərində, Ovyedo yaxınlığında yerləşir. O, 1200 kvadrat metr sahəni əhatə edir. Sərgidə sürücünün 300-dən çox şəxsi əşyası var: “Formula-1” avtomobilləri, kartları, dəbilqələri, kombinezonları və kubokları.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 06 Avqust 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















