Fərzanə Sadiq Azərbaycana gəlir
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
22 fevralda İranın yol və şəhərsalma naziri və Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadiq Azərbaycana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Məlumata görə, səfərdə iranlı naziri yüksək səviyyəli heyət müşayiət edəcək.
Xanım nazir səfər çərçivəsində 23 və 24 fevralda Bakıda keçiriləcək Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında iştirak edəcək.
İclasda iki ölkə arasında birgə layihələr, avtomobil yolu və dəmiryolu nəqliyyatı və yükdaşıma, enerji, ticarət və sair əməkdaşlıq sahələrində danışıqlar aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Fevral 2026 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















