FES Trampın siyasətləri səbəbindən inflyasiyanın mümkün sürətlənməsindən narahatdır
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbərliyi ölkə prezidenti Donald Trampın idxal tarifləri və digər iqtisadi planlarının inflyasiyanın 2%-lik hədəfə qaytarılması istiqamətində irəliləyişi yavaşlada biləcəyindən narahatdırlar.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) yanvar iclasının protokolunda deyilir.
Sənəddə deyilib ki, ölkədəki müəssisələr FES rəsmilərinə tariflərdən irəli gələn hər hansı daha yüksək xərcləri istehlakçılara ötürməyə çalışacaqlarını bildiriblər. Vurğulanıb ki, sistem prezidentin planlarının iqtisadiyyata təsirini qiymətləndirməkdə çətinlik çəkir.
Belə ki, ticarət, immiqrasiya, fiskal və tənzimləmə siyasətlərində mümkün dəyişikliklərin həcmi, vaxtı və potensial iqtisadi təsiri ilə bağlı qeyri-müəyyənlik artır. Qurumun rəsmiləri hesab edir ki, dəyişən perspektivləri qiymətləndirmək üçün vaxt lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 20 Fevral 2025 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















