Icma.az
close
up
RU
FETÖ hərəkətə keçdi Ərdoğanın oğlu ilə bağlı elə bir iddia yayıldı ki...

FETÖ hərəkətə keçdi Ərdoğanın oğlu ilə bağlı elə bir iddia yayıldı ki...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğandan sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) liderliyinə namizədlik məsələsi barədə iddialar yayılıb. 2028-ci ildə səlahiyyət müddəti başa çatan Prezident Ərdoğandan sonra AKP daxilində rəqabət olduğu iddia edilir. Xarici işlər naziri Hakan Fidan, Ərdoğanın oğlu və TÜGVA Ali Məsləhət Şurasının üzvü Bilal Ərdoğan və son illərdə müdafiə sənayesində mühüm şəxsə çevrilən Ərdoğanın kürəkəni Səlcuq Bayraktarın bu rəqabətdə adları çəkilir. Xüsusilə Bilal Ərdoğan potensial namizəd kimi qeyd olunur. Bu iddianı onun son zamanlar Ərdoğanın bütün beynəlxalq səfərlərində iştirakı ilə izah edirlər.

Globalinfo.az-a danışarkən Türkiyəli jurnalist və televiziya aparıcısı Cem Küçük bildirib ki, hazırda Türkiyədə Prezident Ərdoğandan sonra Bilal Ərdoğan, Hakan Fidan, Səlcuq Bayraktar və ya Süleyman Soylunun heç birinin namizəd olmaq kimi bir planı yoxdur.

Cem Küçük

Onun sözlərinə görə, bu iddia xaricdəki FETÖ-çular və Türkiyədəki bəzi müxalifət qrupları tərəfindən AKP daxilində qarışıqlıq yaratmaq üçün məqsədli şəkildə ortaya atılıb:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ilin may ayına qədər vəzifəsini icra edəcək və bundan sonra onun növbəti dəfə seçilmək hüququ var. Seçiləcəyi təqdirdə, 2033-cü ilə qədər prezident olacaq. Buna görə də nə Bilal Ərdoğanın, nə Hakan Fidanın, nə də başqa bir şəxsin Ərdoğandan sonrakı dövrə hazırlıq səyləri ilə bağlı yayılan məlumatlar doğru deyil. Bunları irəli sürənlərin heç bir dəlili yoxdur və biz onlara çox da etibar etməməliyik. Ölkəni Prezident Ərdoğan və onun rəhbərliyi altındakı nazirlər idarə edir. Hakan Fidan xarici işlər naziridir və ölkənin xarici siyasətinə cavabdehlik daşıyır. Bilal Ərdoğan “Ensar Vakfı” və digər bu kimi yardım məsələlərində iştirak edir. Başqa sözlə, onun siyasətlə heç bir əlaqəsi yoxdur. Buna görə də, bu iddiaların heç birinin real olmadığını demək lazımdır. Bundan əlavə, Səlcuq Bayrakdarın hazırkı fəaliyyəti İHA və SİHA-ların texnologiya sahəsində tədqiqatlarına yönəlib. Türkiyə mürəkkəb coğrafi mövqeyə malikdir. Suriyada olanlar, İsrail məsələsi, Rusiya-Ukrayna savaşından dolayı Türkiyənin güclü olması lazımdır. Yəni hazırda Türkiyədə heç kim Ərdoğandan sonra üçün hazırlıq görüb özünə yer etmək haqda düşünmür”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri