Icma.az
close
up
RU
FETÖ lideri Fətullah Gülənin dəfn mərasimi ilə bağlı şok TƏFƏRRÜAT: Xristian adətləri ilə basdırılıb

FETÖ lideri Fətullah Gülənin dəfn mərasimi ilə bağlı şok TƏFƏRRÜAT: Xristian adətləri ilə basdırılıb

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülənin dəfni ilə bağlı yeni şok məlumatlar üzə çıxıb. Belə ki, özünü islam mütəfəkkiri kimi göstərən FETÖ başçısının dəfn mərasiminin xristianların ənənələrinə uyğun həyata keçirildiyi məlum olub.

Bu barədə "Haber Global" xəbər yayıb.

Bildirilir ki, illər boyu islamın müdafiəçisi rolunu oynayan, dini istismar edən Gülən, əslində, imperialist maraqlar üçün din pərdəsi altında fəaliyyət göstərib.

Məlumata görə, ABŞ-də çoxsaylı islami dəfn xidməti göstərən şirkətlər olduğu halda FETÖ başçısının cənazəsi üçün məhz protestantların (xristianlığın başlıca cərəyanlarından biri) üstünlük verdiyi şirkətlə müqavilə bağlanıb. Üstəlik, təşkilatın rəhbərliyi dəfn prosesinin gizli saxlanılması üçün şirkətə təzyiq göstərib. Buna görə şirkət mərhumların adının qeyd olunduğu təqvimdə, öz qaydalarına zidd olaraq, Gülənin dəfn edildiyi 24 oktyabr tarixini boş saxlayıb.

Həmçinin, təvazökar həyat tərzi sürdüyü iddia edilən Gülən üçün ABŞ-də qiyməti 2 000-25 000 dollar arasında dəyişən ən keyfiyyətli tabutlardan alınıb. O, xristianlıq inancına uyğun olaraq, həmin tabutda dəfn edilib.

Xatırladaq ki, FETÖ lideri oktyabrın 20-də Pensilvaniyada vəfat edib. 83 yaşlı Fətullah Gülən aparıldığı xəstəxanada ölüb. O, təşkilatın ABŞ-də qərargah kimi istifadə etdiyi Pensilvaniya ştatındakı malikanənin həyətində dəfn edilib. Mərasimdə bir çox qeyri-adiliklər, xüsusilə təkbir gətirilməsinin ("Allahu əkbər" deyilməsinin) qadağan edilməsi, bunun əvəzində Gülənin tabutu başında kardinalın "İncil"dən hissə oxuması hamı tərəfindən heyrətlə qarşılanmışdı. /Oxu.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see130

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see129

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see128

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see128

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see123

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see120

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see118

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri