Icma.az
close
up
RU
FETÖ nün çevriliş cəhdindən 9 il ötür

FETÖ nün çevriliş cəhdindən 9 il ötür

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Türkiyədə 2016-cı il iyulun 15-də Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvləri tərəfindən həyata keçirilən çevriliş cəhdindən 9 il ötür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cümhuriyyət tarixinin ən uzun gecəsi sayılan o gecədə ölkə boyu milli mövqe nümayiş etdirilərək, çevrilişə imkan verilməyib.

Məlumata görə, 15 iyul 2016-cı il tarixində saat 14:00 radələrində Aviasiya Komandanlığında xidmət edən mayor Yenimahalledəki Milli Kəşfiyyat Təşkilatının (MİT) şəhərciyinə gedərək dövlət çevrilişinə cəhd xəbərini verib: "Məlumatın ardınca o zamankı MİT müşaviri (hazırda XİN başçısı - Mia.az) Hakan Fidan Baş Qərargah qərargahına yollanıb. Orada keçirilən iclasda Aviasiya Komandanlığından üç helikopterin icazəsiz uçuşlar həyata keçirəcəyinə dair məlumat alınıb. Məlumatın araşdırılması və şübhəlilərin saxlanılması qərara alınıb. Ardınca tankların və zirehli texnikanın kazarmadan çıxması qadağan edilibi. Hərbi uçuşlar növbəti xəbərdarlığa qədər ləğv edilib. Həmin gecə Baş Qərargahdakı komanda səviyyəsində yüksək rütbəli zərbəçilər saat 3:00-dan çevrilişə start verdilər. Hakan Fidan oradan çıxdıqdan sonra çevrilşilər Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın otağına basqın edib, onu və Baş Qərargah rəisinin müavini Yaşar Güləri də girov götürüblər..."

Xatırladaq ki, həmin günü canlı yayıma qoşulan baş nazir Binəli Yıldırım bildirib ki, demokratiyaya zərər verə biləcək heç bir fəaliyyətə icazə verilməyəcək.

Saat 23:00-da bu dəfə hədəf İstanbul Böyükşəhər Bələdiyyəsinin binası olub. Çevrilişçilər İstanbul Böyükşəhər Bələdiyyəsinin binasına basqın edərək onlara müqavimət göstərən mülki şəxslərə atəş açıblar. Çevrilişçilərin silahlarından atılan güllələrdən 14 nəfər şəhid olub. Daha sonra 
TRT-yə basqın olub.

Eyni zamanda Marmarisdə tətildə olan prezident Rəcəb Tayyib Ərdoğan da Atatürk Hava Limanına yola düşüb.

Qısa müddətdən sonra onlarla insanın ölümünə səbəb olan təyyarələr çevrilişin mərkəzlərindən biri olan Akıncı Hava Bazasından havaya qalxıb. Onlar Türkiyə Böyük Millət Məclisini, Gölbaşı Polis Xüsusi Əməliyyat İdarəsini, Ankara Polis Qərargahını və TÜRKSAT-ı (Türkiyə Aerokosmik və Kosmik Stansiyası) bombalayıblar. Onlarla mülki şəxs və xüsusi təyinatlı polis əməkdaşı şəhid olub.

Çevrilişçilərin digər hədəfi isə Hərbi Hava Qüvvələri komandanı general Abidin Ünal olub. Aralarında Ünalın da olduğu 17 general Moda Marine Club-da toyda olarkən saxlanılıb.

Gecənin dönüş nöqtəsi prezident Rəcəb Tayyib Ərdoğanın bir televiziya proqramına telefonla zəng edərək, xalqa müraciəti olub.

O, xalqı meydanlara səsləyib. Bu çağırış yüz minlərlə insanın küçə və meydanlara axışması ilə çevrilişçilərə qarşı müqavimətə səbəb oldu. Həmin müqavimətin ən böyük simvollarından biri körpülərdə nümayiş etdirilirdi. Çevrilişçilər Boğaziçi körpüsünə gələn mülki şəxslərə uzun lüləli silahlardan atəş açsa da, xalq geri çəkilməyib.

Ən diqqətçəkən məqamlardan biri də Əlahiddə Ümumqoşunlar Komandanlığı Qərargahında baş verib. Çevrilişin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı seçilən Semih Terzi qərargahı ələ keçirmək üçün saat 02:16-da Şırnakın Silopi şəhərindən gəlib. Lakin Astsubay Ömər Halisdemir çevriliş planının gedişatını dəyişdirərək Terzini güllələyib. Bununla da qiyamçılar daha bir zərbə alaraq uğrusuzluğa yuvarlanıblar.

Beləliklə, Prezident Ərdoğanyerli vaxtla saat 03:20-də İstanbul Atatürk Hava Limanına salamat enib. Bir saat sonra o, mətbuat qarşısına çıxıb: 
"Millətdən yuxarı güc yoxdur. Bu, üsyandır, vətənə xəyanətdir. Bunun əvəzini ağır ödəyəcəklər".

Bundan sonra iqtidar vəziyyəti sürətlə ələ alıb. Səhər saat 8:30 radələrində Jandarma Baş Komandanlığı qiyamçılardan təmizlənib. Baş Qərargah rəisi ordu generalı Hulusi Akar və ətrafı xilas edilib.

Milli İstihbarat Təşkilatı (MİT) açıqlamasında "Sistemli əməliyyat bitdi, hədəfli əməliyyata keçdik. 1-2 saata tamamlanacaq" deyə bəyanat verib. Beləliklə, çevrilişi planlaşdıran və həyata keçirənlərın kütləvi həbsi başlayıb və bu gün də qaçıb gizlənənləri aşkarlayb həbslərini davam etdirirlər...

Samir MUSAYEV

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 İyul 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri