Icma.az
close
up
RU
Fətullah Gülənin dəfn mərasimi: tabutu şok etdi TƏFƏRRÜAT

Fətullah Gülənin dəfn mərasimi: tabutu şok etdi TƏFƏRRÜAT

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülənin dəfni ilə bağlı yeni şok məlumatlar üzə çıxıb. Belə ki, özünü islam mütəfəkkiri kimi göstərən FETÖ başçısının dəfn mərasiminin xristianların ənənələrinə uyğun həyata keçirildiyi məlum olub.

Globalinfo.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, illər boyu islamın müdafiəçisi rolunu oynayan, dini istismar edən Gülən, əslində, imperialist maraqlar üçün din pərdəsi altında fəaliyyət göstərib.

Məlumata görə, ABŞ-də çoxsaylı islami dəfn xidməti göstərən şirkətlər olduğu halda FETÖ başçısının cənazəsi üçün məhz protestantların (xristianlığın başlıca cərəyanlarından biri) üstünlük verdiyi şirkətlə müqavilə bağlanıb. Üstəlik, təşkilatın rəhbərliyi dəfn prosesinin gizli saxlanılması üçün şirkətə təzyiq göstərib. Buna görə şirkət mərhumların adının qeyd olunduğu təqvimdə, öz qaydalarına zidd olaraq, Gülənin dəfn edildiyi 24 oktyabr tarixini boş saxlayıb.

Həmçinin, təvazökar həyat tərzi sürdüyü iddia edilən Gülən üçün ABŞ-də qiyməti 2 000-25 000 dollar arasında dəyişən ən keyfiyyətli tabutlardan alınıb. O, xristianlıq inancına uyğun olaraq, həmin tabutda dəfn edilib.

Xatırladaq ki, FETÖ lideri oktyabrın 20-də Pensilvaniyada vəfat edib. 83 yaşlı Fətullah Gülən aparıldığı xəstəxanada ölüb. O, təşkilatın ABŞ-də qərargah kimi istifadə etdiyi Pensilvaniya ştatındakı malikanənin həyətində dəfn edilib. Mərasimdə bir çox qeyri-adiliklər, xüsusilə təkbir gətirilməsinin (“Allahu əkbər” deyilməsinin) qadağan edilməsi, bunun əvəzində Gülənin tabutu başında kardinalın “İncil”dən hissə oxuması hamı tərəfindən heyrətlə qarşılanmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Noyabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri