Icma.az
close
up
RU
Fəxrəddin Altun: İqlim böhranı dünyanın bu gününə və gələcəyinə birbaşa təsir edir

Fəxrəddin Altun: İqlim böhranı dünyanın bu gününə və gələcəyinə birbaşa təsir edir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İqlim böhranı dünyanın bu günü və gələcəyinə birbaşa təsir edən ən mühüm problemlərdən biridir.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fəxrəddin Altun Bakıda COP29 çərçivəsində təşkil edilən “Qlobal iqlim böhranı şəraitində strateji kommunikasiya” adlı dəyirmi masanın iştirakçılarına videomüraciətində deyib.

O vurğulayıb ki, iqlim vəziyyətini ağırlaşdıran ən kritik amillərdən biri istixana qazları emissiyasıdır.

“Türkiyə 2053-cü ilə qədər xalis sıfır emissiyaya nail olmağı hədəfləyir. Türkiyənin payına qlobal istixana qazı emissiyalarının yalnız 1 %-i düşsə də, dünya birliyinin məsul üzvü kimi biz Paris İqlim Sazişini imzaladıq”, - Altun söyləyib.

O bildirib ki, Türkiyə Prezidentinin həyat yoldaşı Əminə Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən “Sıfır tullantı” (“Sıfır atık”) layihəsi ölkəsinin ən böyük ekoloji hərəkatına çevrilib və ölkənin ekoloji siyasətini beynəlxalq səviyyəyə çatdırıb.

“Sıfır tullantı” layihəsi qlobal əməkdaşlıq və həmrəylik yolu ilə real uğura nail olacaq. Ekoloji problemi davamlı inkişafdan ayrı nəzərdən keçirmək mümkün deyil. Bu günün ehtiyacları gələcək nəsillər üçün risk olmadan qarşılanmalıdır. Türkiyə bərpa olunan enerji mənbələrinə yatırılan sərmayələrin artırılması ilə ekoloji, iqtisadi və sosial sahələrdə balanslı artıma nail olmaq əzmindədir”, - o deyib.

Qeyd edək ki, Bakı İqlim Konfransının “yaşıl zona”sında Heydər Əliyev Fondu və Türkiyənin “Sıfır Atık Vakfı”nın birgə pavilyonu – COP29-da həmrəylik mərkəzi (The Solidarity Hub at COP29) təqdim olunacaq.

Bununla da Azərbaycan və Türkiyə fondları COP29 zamanı davamlılıq və sosial inkişaf naminə güclərini birləşdirəcəklər. Öz növbəsində, “Sıfır Atık” bu platformada resurs səmərəliliyi, tullantıların idarə edilməsi və təkrar emalı, ekoloji maarifləndirmə proqramları və innovativ həllər sahələrindəki layihələrini təqdim edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Noyabr 2024 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see216

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see180

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see142

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see135

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see129

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see128

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see123

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see123

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see122

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri