Fəxrəddin Altun Suriyanın yeni rəhbərliyinə dəstək vəd edib
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Fəxrəddin Altun Suriyanın yeni rəhbərliyinə qarşı yönələn qara təbliğat, dezinformasiya və sistematik yalanlara qarşı hər cür dəstək verməyə hazır olduqlarını bildirib. O, Suriyanın yeni İnformasiya naziri Məhəmməd Yaqub əl-Ömər ilə telefon danışığı aparıb. Danışıq zamanı Türkiyə ilə Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq, həmçinin dezinformasiya ilə mübarizə məsələləri müzakirə olunub.
Fəxrəddin Altun Suriya xalqının gerçək fikirlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayaraq bu məsələlərdə dəstək göstərməyə hazır olduqlarını ifadə edib. Nazir əl-Ömər isə Türkiyə ilə koordinasiyalı şəkildə çalışmağa davam edəcəklərini qeyd edərək Altunu Suriyaya dəvət edib.
Bu mövzuda digər xəbərlər:Fəxrəddin Altun:
04 Mart 2025 12:38
Təsdiqlənməmiş məlumatlara inanmayın Fəxrəddin Altun
04 Dekabr 2024 16:30
“Böhtan kampaniyalarına qarşı çıxacağıq” Fəxrəddin Altun
19 Mart 2025 19:08
Daha 6 il itirmək istəmirik Fəxrəddin Altun
16 Dekabr 2024 01:57
Fəxrəddin Altun Azərbaycan mətbuatının 150 ci ildönümünü təbrik edib
30 May 2025 11:17
Baxış sayı:95
Bu xəbər 15 Yanvar 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















