“Fəxri konsulluq” institutundan Azərbaycan az istifadə edir Fariz İsmayılzadə
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə iqtisadi diplomatiya və mədəniyyət diplomatiyası anlayışlarının daxil edilməsi təklif olunub. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.O qeyd edib ki, “Fəxri konsulluq” institutundan Azərbaycan az istifadə edir və bu genişləndirilməlidir: “Bununla bərabər, diplomatların sosial media fəaliyyəti, onun qaydaları haqqında tənzimləmə qanun layihəsində əks oluna bilər. Həmçinin dünya təcrübəsində var ki, hər iki ailə üzvü diplomatdırsa, onların diplomatik vakansiyalarının təmin olunmasında prioritetlər müəyyənləşir. Bizd ə hazırlanan yeni qanun layihəsinə bununla bağlı da müddəa olmasını uyğun hesab edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















