Icma.az
close
up
RU
Fəzail Ağamalı Nəsir Ağayev milli azadlıq hərəkatında öz möhürünü tarixə vurmuşdur

Fəzail Ağamalı Nəsir Ağayev milli azadlıq hərəkatında öz möhürünü tarixə vurmuşdur

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin sabiq üzvü  Fəzail Ağamalının mətbuata müsahibəsində mərhum eks-prezident Əbülfəz Elçibəyin 1975-ci ildə həbs olunması ilə bağlı fikirləri əksini tapıb.

AVP sədrinin  çağdaş milli azadlıq hərəkatının liderlərindən olmuş bir sıra şəxslər haqqında söylədiyi fikirlər birmənalı qarşılanmayıb. Müsahibədə qeyd olunub:

"Elçibəyin məhkəməsində ondan sonra ən çox adı hallanan ikinci şəxs mən olmuşam. Bizdən bir kurs aşağıda oxuyan Nəsir Ağayev və onun qrup yoldaşı Fərhad Vahabov var idi. Mən onların hərəkətlərindən şübhələnmişdim. Əbülfəz bəyə dedim ki, onları bizim aramıza göndəriblər, onlarla münasibət qurma. Elçibəy də dedi ki, narahat olma, onlar heç nə edə bilməzlər".

AVP sədri Fəzail Ağamalı "Olaylar"a bildirib ki, sözügedən müsahibənin mətnində yanlışlğa yol verilib:

"Bir necə gün öncə "Modern.az"-a vermiş olduğum müsahibənin mətnində yanlışlıq getmişdir. Müxbirin mənə mərhum Əbülfəz Elçibəylə bağlı ünvanladığı sualda bəzi məqamlara toxundum və söylədim ki, bizdən aşağı qrupda oxuyan Nəsir Ağayevin də qrup yoldaşları olan Fərhad Vahabov və Aydın Hacıyev Əbülfəz Elçibəy haqqında Dövlət Təhlükəsizlik Komitəsinə məlumatlar verirdi.

Bununla bağlı mən Əbülfəz Elçibəyi onlara inanmamağı dəvət etdim. Mənim inanmamaqla bağlı ifadələrmin Nəsir Ağayevlə hər hansı bağlılığı yoxdur. Bunlar Fərhad Vahabov və Aydın Hacıyevə aid olan ifadələrdir. Sizdəki yazını oxuduqdan sonra həmin müsahibəyə bir daha baxdım və gördüm ki, orada yanlış ifadə getmişdir. Müsahibədə Nəsir Ağayev və Fərhad Vahabovun adı çəkilib, heç orada Aydın Hacıyevin adı çəkilmir. Elə çıxır ki, guya həmin dosyeni ötürən Nəsir Ağayev olub. Qətiyyən belə deyil, o, yanlışlıqdır.

Görünür ki, yazını hazırlayanda diqqətsizlik olub, mənim də diqqətimdən yayınıb ona iradımı bildirməmişəm. Demək istəyirəm ki, Nəsir Ağayev tələbəlik illərində Əbülfəz Elçibəylə yaxın dostluq edənlərdən biri idi və Azərbaycan xalq hərəkatında da onun kifayət qədər yeri və rolu var, bu danılmazdır. Bakı və Kəndlər Birliyinin Azərbaycanın azadlıq hərəkatında  fəal rolunu təmin edən Nəsir Ağayev olmuşdur.

Nəsir Ağayev bir Azərbaycan oğlu kimi milli azadlıq hərəkatında öz möhürünü tarixə vurmşdur. Heç bir halda Nəsir Ağayev haqqında bu cür düşünmək, bu cür yanlış fikir söyləmək qətiyyən olmaz. Ona görə də tələbəsi Nurəddin bəydən də xahiş edərdim ki, bunları nəzərə alsın. Hətta hərəkatdan sonrakı illərdə də mənim Nəsir Ağayevlə həm bir tələbə yoldaşı, həm də dost kimi çox yüksək münasibətlərim olub.

Onun  bir kitabı dərc olunmuşdu, mən onunla bağlı Nəsir bəyin evinə də getdim. Övladı da buna şahiddir, onunla xeyli söhbətlərimiz də oldu. Bizim hərəkatın birgə iştirakçıları, azadlıq uğrunda həyatlarını sərf edən Azərbaycanlı övladları kimi hər zaman bir-birimizə çox böyük rəğbətimiz olub. Mən baş verən bu yanlışlığı düzəltmək, buna aydınlıq gətirməyi özümə borc bildim. Bir daha təkrar edirəm ki, rəhmətlik Nəsir Ağayevə Ulu tanrıdan rəhmət diləyirəm!  Allah yerini cənnət etsin! Nəsir Ağayev Azərbaycan xalq hərəkatında xüsusi rolu və yeri olan dəyərli dostlarımızdan biridir".

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Fevral 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri