Icma.az
close
up
RU
Fəzail Ağamalı Ramiz Mehdiyevə məktubundan danışdı: Siyasətdə adi şeydir

Fəzail Ağamalı Ramiz Mehdiyevə məktubundan danışdı: Siyasətdə adi şeydir

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubu yayımlanıb. 

17 aprel, 2018-ci ildə yazılan məktubda
sabiq deputat Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib  onun ünvanına xoş fikirlər yazıb.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.
R.Mehdiyevə qarşı çıxışlarla son günlər daha çox gündəmə gələn Fəzail Ağamalının bu məktubunun üzə çıxması müzakirələr yaradıb.

Həmin məktubla bağlı Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı “Cebheinfo.az”-a açıqlamasında  bildirib ki, Ramiz Mehdiyev "Moskvanın adamı" kimi prezident olmaq istədiyi üçün onun əleyhinə çıxışlar edib:

“Bizim də müdafiə etdiyimiz, təbliğatını apardığımız yeni nəslin nümayəndəsi İlham Əliyev var idi. Prezidentimiz də Ulu öndər Heydər Əliyev idi. Mən kimin yanında olmalı idim? Təbii ki, Heydər Əliyevin və İlham Əliyevin  yanında olmalı idim. O isə qarşıdan gələn prezident seçkilərində bəzi adamlarla birıəşib özünü prezident görmək istəyirdi. Ancaq mən onu ifşa etdim. İllər öncə mən ona bu məktubu göndərmişəm. Onun özü də 12 ildir ki,  kitablarda,  çıxışlarda “cənab Prezident İlham Əliyev” deyib dururdu. O da Ulu Öndərimizin əleyhinə açıq şəkildə getmirdi. Bizdə belə bir düşüncə var idi ki, deyəsən, haqqın yoluna gəlib,  İlham Əliyevin prezidentliyini qəbul edir, onun tapşırıqlarını yerinə yetirir.  Ancaq biz onun içində olanı bilmirik.

Nə düşünür, necə fikirləşir, gələcək planları necədir? O, bunu heç kimə demir və mənim də xəbərim yoxdur. Yubileyi oldu və mən də  götürüb yazdım ki, yubiley münasibətilə sizi təbrik edirəm. Burada nə var? Siyasətdə adi bir şeydir. Burada nə əqidəsizlik, nə dediyi sözdən dönmək var. Mən o  sözü 2020-ci ildə də dedim. Birinci mən məsələ qaldırdım. Müəllif yazım getdi və “Yeni Müsavat” qəzetində dərc olundu. Ondan sonra deputatlar da, digər şəxslər də buna qoşuldu ki, yaxşı, sən nə istəyirsən, prezident olmaq istəyirsən? Qarşında prezident var. Azərbaycan Prezidenti deyilsən, AMEA-nın prezidentisən, amma bir daha bu dövlətə xəyanət etmək istəyirsən. Moskvanın planlarını yerinə yetirməyə çalışırsan. Bu da nəticəsidir".

Partiya sədri bildirib ki,  2000-ci ildə “Şərq” qəzetində “Ramiz Mehdiyev İlham Əliyevə qarşı” məqaləsi dərc olunub:

"Gənc politoloqlar qrupunun yazısı dərc olunub ki, onun müəllifi mən idim. O məktubu göndərdik, həmin qəzetdə dərc olundu. 2001-ci ildə bir neçə qəzetdə də  müzakirələr gedib. Ondan sonra hər zaman sözümün üstündə durmuşam.  Yalnız ona qarşı yox, ondan əvvəl Surət Hüseynova,  Hüseyn Abdullayevə qarşı fikirlərimin üstündə durmuşam. Çünki Hüseyn Abdullayev də dövlətin əleyhinə sərt çıxışlar edirdi, plan hazırlanmışdı. Ona qarşı da həyatımı riskə qoydum. Çünki Hüseyn Abdullayevin ətrafında onlarla silahlı adam var idi. Dövlətçilik naminə əmək və əhalinin sosial müdafiə naziri olaraq  işləyirdim və Surət Hüseynovla üz-üzə gəldik. Könüllü şəkildə Ulu Öndərimizə müraciət edib istefamı xahiş etdim. 

Bu gün də Ramiz Mehdiyevi xain hesab edirəm, onun Azərbaycanın müstəqilliyinə, azadlığına, dövlətçiliyinə sədaqətlə xidmət etməklə heç bir əlaqəsi yoxdur.  O təpədən dırnağadək, bütün ruhu ilə Moskvaya, Kremlə bağlı adamdır. Mən hər zaman bunu demişəm. İndi  bir məktub gedib, mən onu təbrik etmişəm, onu böyük bir hadisəyə çevirməyə çalışırlar. Görək sabah nə böhtan atmağa çalışacaqlar. Mən çox ciddi mübarizələrlə bu yaşa çatmışam. Allahdan başqa heç kimdən qorxum yoxdur. Bir də cənab Prezidentimizə bir vəfa borcum var. Ömrümün sonuna qədər yerinə yetirməyə çalışacağam. Özüm də, rəhbərlik etdiyim partiya da...”

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri