Icma.az
close
up
RU
Fəzail usta: Bu iş mənim üçün sadəcə bir peşə deyil, həm də həyat tərzidir AZƏRTAC

Fəzail usta: Bu iş mənim üçün sadəcə bir peşə deyil, həm də həyat tərzidir AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lənkəran, 18 noyabr, İlkin Adıyev, AZƏRTAC

Müasir dövrdə hər bir peşə və sənət növü özünəməxsusluğu ilə seçilir. Lakin bəzi peşələr var ki, artıq unudulmaq təhlükəsi ilə üz-üzə qalıb. Dülgərlik də bu qəbildən olan qədim peşələrdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sənəti unudulmağa qoymayan sənətkarlardan biri də Lənkəran şəhər sakini Fəzail Şahverdiyevdir. Fəzail usta mətbəxdə istifadə olunan qablar, güldanlar, quş yuvaları və digər ev əşyaları hazırlamaqla məşğuldur. Onun hazırladığı məişət əşyaları zəhmət və incəliklə yaradılır, hər bir əşya özündə həm sənət, həm də funksionallığı birləşdirir. Ustanın əllərindən çıxan hər bir məhsul onun sənətə olan sevgisinin və bacarığının bir nümunəsidir.

“Mənim dülgərlik sənətinə marağım uşaq vaxtlarından yaranıb. Otuz ilə yaxındır ki, bu işlə məşğul oluram. Dülgərlik sənəti zəhmət, diqqət və böyük bir səbir tələb edir. Yalnız əllərimlə deyil, ürəyimlə də işləyirəm. Bir işə başlamazdan əvvəl ağacın növünü, quruluşunu, onun necə işlənməli olduğunu yaxşıca öyrənirəm. Əlimə aldığım hər bir taxta parçasının tarixini, keçmişini, təbiətini hiss edirəm. Hər kəs üçün adi olan bir taxta parçası mənim üçün bir sənət əsəridir. Gözəl və uzunömürlü əl işləri hazırlamaq mənim əsas məqsədimdir. Artıq bu iş mənim üçün sadəcə bir peşə deyil, həm də həyat tərzidir” , - deyə usta bildirir.

Fəzail ustanın əllərindən çıxan hər bir məhsul və əl işləri onun sənətə olan sevgisinin və bacarığının bir nümunəsidir. Onun işləri təkcə texniki bacarıq tələb etmir, həm də yaradıcı yanaşma, təcrübə və səbir tələb edir. Bununla yanaşı, dülgərlər müasir dövrdə texnologiyanın imkanlarından da istifadə edirlər. Lazer kəsicilər və kompüterlə idarə olunan dəzgahlar onların işini daha sürətli və dəqiq edir. Lakin hər nə qədər müasir avadanlıqlardan istifadə olunsa da, əl işinin unikal gözəlliyi hər zaman yüksək qiymətləndirilir.

“Son zamanlar işimin sürətini artırmaq və daha məhsuldar olmaq üçün müasir avadanlıqlardan da istifadə edirəm. Xammal kimi əsasən cökə, fıstıq və şam ağaçlarından istifadə edirəm. Bu ağacların hər birinin özünəməxsus xüsusiyyətləri var və hər ağacın rəngini, toxumasını nəzərə alaraq işimi planlaşdırıram. Bəzən çətin işlərlə qarşılaşıram – sanki ağacın özünü inandırmalıyam ki, mən onu olduğu kimi qəbul edəcəyəm və ona gözəl bir forma verəcəyəm. Bu işdə ən çox xoşbəxt olduğum məqam isə adi taxta parçasına yeni həyat verməkdir. Yəni bir ağac parçasından masa hazırladıqda, onun sahibi o masa arxasında ailəsi ilə oturanda öz əllərimin nə qədər qiymətli olduğunu anlayıram”, - deyə Fəzail usta qeyd edir.

Usta məişətdə istifadə olunan qabların hazırlanmasında yalnız təbii və ənənəvi metodlara üstünlük verdiyini söyləyir. O, hazırladığı qabların heç birinə boya və ya lak vurmur, sadəcə təmiz zeytun yağından istifadə edir. Onun bu yanaşması ağacın təbii xüsusiyyətlərini qorumaq məqsədini daşıyır. Zeytun yağı ağacın nəfəs almasına və onun gözəlliyini qorumasına kömək edir. Bu üsul ilə hazırlanan qablar həm daha təbii, həm də sağlam olur. Yəni zeytun yağı ilə hazırlanan qablar uzun müddət istifadəyə uyğun olur və orijinal gözəlliyini saxlayır.

Fəzail ustanın taxtadan yaratdığı müxtəlif məişət əşyaları həm yerli sakinlərin, həm də bölgəyə gələn xarici turistlərin diqqətini çəkir. O, bu əl işləri ilə həm öz sənətini yaşadır, həm də ailəsini dolandırmaq üçün gəlir əldə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri