FHN 40 min vergi borcu olan “GİLAN”ın daha bir obyektinin istismarına icazə verib
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyi (FHN) “GİLAN” MMC-nin sifarişi əsasında Qəbələ rayonu, Savalan kəndi ərazisində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 514 kvadratmetr olan qeyri-yaşayış obyekti 4 ədəd bir mərtəbəli binadan ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış obyektinə 15 dekabr 2025-ci il tarixli 10517 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “GİLAN” MMC-nin 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan “GİLAN”ın hüquqi ünvanı Nərimanov rayonu, Keşlə stansiyası, ev Yataqxana-2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Zülfiqar Feyruz oğludur.
Onu da qeyd edək ki, FHN bu ilin sentyabr ayında “GİLAN”ın sifarişi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil çimərliyində inşa olunan daha bir obyektin istismarına icazə verib.
Xatırladaq ki, hazırda “GİLAN” MMC-nin dövlət büdcəsinə 39 min 199 manat 49 qəpik vergi borcu var və uzun müddətdir ödənilmir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:FHN 40 min vergi borcu olan “Gilan”ın obyektinin istismarına icazə verib
30 Sentyabr 2025 15:49
FHN Heydərovun kiçik oğlunun da obyektinin istismarına icazə verdi
24 İyun 2025 13:11
FHN in 3,2 milyonluq tenderini “Gilan”a bağlı şirkət uddu
09 Dekabr 2025 13:42
Ölüm hadisəsi Gilan Kərpic Zavodunda baş verib
06 Oktyabr 2025 17:25
“Xaraba Gilan” tarixdən baş qaldırır
02 Avqust 2025 10:50
Baxış sayı:102
Bu xəbər 23 Dekabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















