Icma.az
close
up
RU
FHN Akademiyasında tədbir: Dövlət dilinin elmi şəkildə zənginləşməsi

FHN Akademiyasında tədbir: Dövlət dilinin elmi şəkildə zənginləşməsi

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə birgə “Dövlət dilinin elmi şəkildə zənginləşməsi” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-nın Dilçilik İnstitutundan məlumat verilib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan dilinin dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, dövlət dilindən düzgün istifadənin vacibliyini vurğulayıb. O, rəsmi-işgüzar sənədlərdə ədəbi dil normalarının qorunması, orfoqrafiya və orfoepiya qaydalarındakı yeniliklər barədə ətraflı məlumat verib.

Daha sonra tədbirdə “Azərbaycan dilinin zənginləşməsində terminoloji leksika”, “Dövlət dilinin zənginləşməsində elmi tədqiqatların əhəmiyyəti”, “Rəqəmsal media şəraitində Azərbaycan dilinin inkişaf perspektivləri”, “Dövlət dilinin qorunmasında və inkişafında gənclərin rolu”, “Azərbaycan dili üzərində linqvokulturoloji yanaşma” mövzularında məruzələr dinlənilib.

FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev mövzunun aktuallığını qeyd edərək, Azərbaycan dilinin elmi əsaslarla inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, Dilçilik İnstitutu ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən alimlər dövlət dilinin inkişafı, terminoloji sistemin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər. Görüş çərçivəsində elmi əməkdaşlıq və kitab təminatı məsələləri də müzakirə olunub. Dilçilik İnstitutunun Elmi Kitabxanasının müdiri Sevil Zülfüqarova institut əməkdaşlarının hazırladığı elmi nəşrlərdən 200 nüsxəni FHN Akademiyasının kitabxanasına hədiyyə edib.

Tədbirin sonunda Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev tərəfindən Fəxri fərmanla təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri