Icma.az
close
up
RU
FHN ASAN xidmət də təlim keçirib VİDEO

FHN ASAN xidmət də təlim keçirib VİDEO

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı "ASAN xidmət" mərkəzində təlim keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, mərkəzin əməkdaşlarının fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

Təlimə FHN-in müvafiq qurumlarının şəxsi heyəti və texnikası cəlb olunub.

Tədbirdə çıxış edən FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik İlqar Səfərov Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən və Nazirlik tərəfindən bu istiqamətdə görülən işlərdən danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru Murad Əlizadə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib, fövqəladə hallarla bağlı davranış qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən fövqəladə hallar zamanı davranış qaydalarına dair müxtəlif mövzularda təqdimatlar edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Təlimin praktiki hissəsində isə baş vermiş şərti zəlzələ ilə əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra 6 saylı Bakı "ASAN xidmət" mərkəzinin əməkdaşlarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, Bakı Regional Mərkəzinin xilasediciləri operativ qaydada “hadisə yerinə” çataraq “zərərçəkmişlərin” təhlükəsiz yerə təxliyəsini həyata keçirib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstəriblər”.

Uğurla başa çatan tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri