Icma.az
close
up
RU
FHN attraksionlarda nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib

FHN attraksionlarda nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi bayram günləri ilə əlaqədar attraksionlara nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib. SİA-nın məlumatına görə, nəzarət tədbirləri Novruz və Ramazan bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi ölkənin şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionlarda keçirilir.

Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş, habelə tövsiyələr verilib.

Bildirilib ki, attraksionlar təhlükə potensiallı qurğular olduğundan onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.

İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi onlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunub.

Eyni zamanda həyata keçirilən tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə məsul şəxslərə ətraflı məlumat verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Mart 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri