FHN daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, xidmət tərəfindən Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Ariz” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur, istifadə edilən qaz cihazlarının quraşdırılması və istismarı “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə cavab vermir, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və c.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Ariz” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 15 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















